Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Azərbaycan xalçaları” jurnalının 21-ci sayı nəşr olunub
Tarix: 23-01-2017 | Saat: 16:49
Bölmə:M / Karusel / İqtisadiyyat / Təbriklər | çapa göndər

 “Azərbaycan xalçaları” jurnalının 21-ci sayı nəşr olunub
Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda sənətşünaslıq, tarix, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.

"Xəbəraz.az " xəbər verir ki, Jurnalda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti geniş işıqlandırılıb. Cəmiyyətin Füzuli filialının açılı haqqında rəsmi xronika, regionlarda təşkil olunan xalçaçılıq üzrə tədris-hazırlıq kursları haqqında məlumat, həmçinin Əməkdar jurnalist Ləman Əliəşrəfqızının Filialın fəaliyyətindən bəhs edən “Güllə səsi hana səsinə qarışan Horadiz” adlı reportaj yazısı təqdim edilib.

E.Nadiradze və N.Axalkatsinin (Gürcüstan) “Gürcüstan Milli Muzeyində Azərbaycan xalçaları”, M.Aksoyun (Türkiyə) “Türk və fars halı-kilimlerinin temel özelliği”, N.Musalının “Səfəvilər dövründə Ərdəbildə xəttatlıq və kitab sənəti”, P.Panavolinin (Kanada) “Xovlu Şahsevən xalçası”, O.Məmmədovun “Baharlıların tarixi keçmişi və bu günü”, L.Əliəşrəfqızının “Şeyx Babı Yəqub türbəsi və yaxud kitabdan yox, kitabədən tanıdığımız adam”, X.Əsədovanın “80 illik ənənə”, N.Polosmakın (Rusiya) “Yundan toxunmuş tarix” və s. kimi müxtəlif mövzularda məqalələr dərc olunub.

Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.

Əlaqə: 012 465-17-52 (daxili 114)

“Azər-İlmə” Xalçaçılıq Mərkəzi



Вышел в свет 21-й номер журнала «Азербайджанские ковры»
В двадцать первом номере научно-публицистического журнала «Азербайджанские ковры» – одного из научных изданий по искусствоведению и истории Высшей аттестационной комиссии при Президенте Азербайджанской Республики, вошли материалы относящиеся к общественной, культурной, научной жизни нашей страны, а также авторские публикации, репортажи, научные статьи, интересные переводы, посвященные вопросам культуры, истории, отдельным областям декоративно-прикладного искусства.
Oфициальная хроника об открытии Физулинкого филиала Общества, информация о подготовительных курсах по ковроткачеству в регионах, а также репортаж Заслуженного журналиста Ляман Алиашрафгызы «Горадиз – там, где переплетаются звуки станка с выстрелами» отражают материалы по деятельности Открытого Акционерного Общества «Азерхалча».
Опубликованы статьи «Азербайджанские ковры в Национальном Музее Грузии» Э.Надирадзе и Н. Ахалкатци (Грузия), «Особенности тюрских и персидских ковров и килимов М.Аксоя (Турция), «Каллиграфия и книжное искусство в Ардебиле в период правления Сафавидов» Н.Мусалы, «Ворсовый шахсеванский ковер» П.Панаволи (Канада), «Бахарлы: исторические прошлое и современность» О.Мамедова, «Мавзолей Шейх Бабы Ягуб, или человек о котором мы узнаем из надгробии» Л.Алиашрафгызы, «80 летняя традиция» Х.Асадовой, «История высшитая шерстью» Н.Полосьмак (Россия) и др. посвящены различным темам.
Главный редактор журнала – заслуженный деятель искусств, доктор философии по истории, профессор Видади Мурадов.

 “Azərbaycan xalçaları” jurnalının 21-ci sayı nəşr olunub
 “Azərbaycan xalçaları” jurnalının 21-ci sayı nəşr olunub
 “Azərbaycan xalçaları” jurnalının 21-ci sayı nəşr olunub
 “Azərbaycan xalçaları” jurnalının 21-ci sayı nəşr olunub
 “Azərbaycan xalçaları” jurnalının 21-ci sayı nəşr olunub
 “Azərbaycan xalçaları” jurnalının 21-ci sayı nəşr olunub
 “Azərbaycan xalçaları” jurnalının 21-ci sayı nəşr olunub




Xəbəri paylaş

8428 dəfə oxunub.

Digər xəbərlər
22-07-2017, 10:39 Xəzərdə zəlzələ oldu

bütün xəbərlər
____ Instagram ___