“Ermənistanla Azərbaycan Qarabağın taleyini həll edə bilməz” - Sarkisyan
Tarix: 22-01-2017 | Saat: 18:39
Bölmə:M / Karusel / Siyasət / Dünya | çapa göndər
Qarabağ münaqişəsinin nizama salınması prosesində Ermənistan Dağlıq Qarabağın son statusunun möhkəmləndirilməsini istəyir.
"Xəbəraz.az "Virtualaz.org-aa istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan deyib.
“Bizim hədəfimiz Dağlıq Qarabağ sakinlərinin vasitəsi ilə Dağlıq Qarabağın son statusunun təyinidir. Heç kim qarabağlılara öz həyat şərtlərini diqtə etmək hüququna malik deyil”, - deyə S.Sarkisyan son aylarda təxris olunmuş hərbi qulluqçularla görüşündə bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağın taleyini heç kim həll etmək hüququna malik deyil - nə Ermənistan, nə də Azərbaycan.
“Mən demirəm ki, erməni xalqının iradəsinə əhəmiyyət verilməməlidir. Qətiyyən, çünki Ermənistansız, erməni xalqı olmadan Dağlıq Qarabağda yaşayanlar heç bir zaman bu problemi həll edə bilməyəcəklər. Amma bu o demək deyil ki, bunu onların əvəzinə biz etməliyik. Biz iradələrini reallaşdırmaqda onları dəstəkləməliyik. Əminəm, elə bir vaxt gələcək ki, Dağlıq Qarabağ problemi bu yolla həll ediləcək. Bizim üçün əhəmiyyətli olan Qarabağın statusunun təyinidir, elə bir status ki, Dağlıq Qarabağ xalqına öz torpaqlarında əbədi yaşamaq imkanı verəcək”, - deyə S.Sarkisyan vurğulayıb.
O bildirib ki, münaqişənin nizama salınmasının Madrid prinsiplərinin birinci bəndində göstərilib ki, Qarabağın statusu Dağlıq Qarabağ xalqı tərəfindən müəyyən edilməlidir.
O həmçinin qeyd edib ki, münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsi haqda heç vaxt danışıqlar aparılmayıb.
Xəbəri paylaş
9538 dəfə oxunub.
Digər xəbərlər

18-08-2017, 23:53
Valideyn insandan razıdırsa, Allah da ondan razıdır
15-05-2018, 10:38
Türkiyəyə avtomobillə gedənlərə - BƏD XƏBƏR
26-10-2015, 15:50
Dubaya qadın satdı, İnterpol axtardı, məhkəmə isə azad etdi
31-08-2015, 02:23
Deputat olmaq istəyən şəxs bir neçə mərhələdən keçməlidir
27-11-2019, 13:17
Yardımlının icra başçısı BELƏ DAĞIDIR... - İTTİHAM
23-11-2022, 11:58
Bakıda mahnı üstündə düşən dava cinayətlə nəticələndi - Ana söyüşü...
3-07-2016, 13:16
FHN əməliyyata başladı: 35 nəfər xilas edildi
23-12-2017, 12:15
Pensiyalar BU QAYDA ilə yenidən hesablanacaq
30-01-2017, 15:14
Kəskin soyuqlar gəlir - XƏBƏRDARLIQ
9-02-2016, 10:25
Naxçıvan əhalisinin sayı açıqlandı