Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Putin və Ərdoğan Bakıda mühüm görüş keçirəcəklər
Tarix: 11-06-2015 | Saat: 18:20
Bölmə:M / Karusel / Siyasət / M2 / Xəbəraz-ın debatı | çapa göndər

Putin və Ərdoğan Bakıda mühüm görüş keçirəcəklər
Peskov bəyanatla çıxış edib.

Rusiya və Türkiyə prezidentləri Bakıda görüş zamanı Suriyada vəziyyəti və energetika sahəsində müştərək layihələri müzakirə edəcəklər.

Xeberaz.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə cümə axşamı Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Əslində bu, çox mühüm görüşdür. Birincisi, onlar (Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan) çoxdandır görüşmürlər, Rusiya və Türkiyə həm iqtisadi-ticarət, həm investisiya, həm də digər sahələr üzrə iri layihələrdə mühüm tərəfdaş olaraq qalırlar.

Ona görə də dövlət rəhbərlərinin görüşü zamanı gündəmdə olan məsələlərin siyahısı çox genişdir, həm də bu görüşlər Türkiyədə baş tutan Parlament seçkilərindən sonra olacaq”, - Peskov jurnalistlərə deyib.

“Əlbəttə ki, həm regional məsələlərdə heç də sadə olmayan - Suriyadakı vəziyyət, təbii ki, iki ölkənin qarşılıqlı iqtisadi-ticarət fəaliyyəti, eləcə də energetik sahənin də daxil olduğu iri layihələr üzərində iş barədə fikir mübadiləsi aparılacaq”, - prezidentin mətbuat katibi jurnalistlərə izah edib.


Xəbəri paylaş

6118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___