Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azad Rәhimov oyunlara tam hazır olduqlarını bəyan edib.
Tarix: 11-06-2015 | Saat: 18:02
Bölmə:M / Karusel / Gündəm / M2 | çapa göndər

Azad Rәhimov oyunlara tam hazır olduqlarını bəyan edib.

Bakı Avropa Oyunlarının açılışı ilə bağlı keçirilən tədbirdə Gənclər və idman naziri Azad Rәhimov oyunlara tam hazır olduqlarını bəyan edib.

Xeberaz.az ın məlumatına görə, nazir idman obyetklərinin tikintisində korrupsiyaya yol verilməsi ilə bağlı suala belə cavab verib: "Sizә rәqәmlәr açıqlaya bilәrәm. Heç bir sübut olmadan bundan danışırlar. Bizim idman büdcәmizlә bağlı sual verirsizsə, 10 milyon büdcәmiz var. Bu milli komandanın sәfәrlәrinә vә tәlim kurslarına sәrf olunur. İdman obyektlәri üçün lәvazimatlar alınır və idman obyektlәri tikilir. Dünyada tanınan istәnilәn audit şirkәti 10 milyon büdcəmizdәn 1 manat kәnara xәrclәndiyini sübut etsә, mәn vәzifәmdәn gedә bilәrәm. Biz maliyyә xәrclәrini hesabladıq. Bizim büdcәmiz әvvәlcә 960 milyon manat idi. Daha sonra digәr xәrclәrә 1 milyard 1 milyon 74 min manat sәrf olunub. Bütün ölkәlәrdә belә oyunlar keçirilәn zaman xәrclәr artır.

Devalvasiya ilә bağlı xәrclər dәyişdi. 134 milyon manat әlavә xәrc devalvasiya ilә bağlı meydana çıxdı. Xaricdәn gәlәn mütәxәssislәrә böyük mәblәğdә xәrclәr gedir. Onlara yüksәk maaşlar verilir. Şәhәrdә olimpiya obyektlәri tikilir".

***

Nazir Avropa Oyunları ilə bağlı nəqliyyat sisteminin vəziyyətindən də danışıb: "Nәqliyyat sxeminә gәldikdә bizim әsas mәqsәdimiz yaxşı şәrait yaratmaqdır. Bunun üçün işlәr görmüşük. Bununla bağlı xüsusi şirkәt var. İkinci mәqsәdimiz dә odur ki, nәqliyyat sistemini tәnzimlәrkәn yerli әhaliyә çәtinlik yaratmayaq. Bunun üçün dairә yollarından istifadә etmişik. Fikir verirsizsә, şәhәrin mәrkәzindә sarı xәttlәr yoxdur.

Bakı şәhәrindә hәrәkәti tәnzimlәmәk üçün yeni avtobuslar alınıb. Onların sayı 200-dәn çoxdur və hamısında kondisoner var".


Xəbəri paylaş

5408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___