"Azərbaycan-Türkiyə yüksək strateji müttəfiqlik əlaqələri regionda sülhün təmin olunmasına xidmət edir"
Tarix: 14-01-2017 | Saat: 15:42
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə həmkarı Mövlud Çavuşoğluya təbrik məktubu ünvanlayıb.
XİN-dən Trend-ə verilən məlumata görə, Elmar Məmmədyarov məktubda həmkarı Mövlud Çavuşoğlunu Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə səmimi qəlbdən təbrik edib.
Məktubda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri kədərimizdir" kəlamlarının dövlətlərimizin və xalqlarımızın əlaqələrinin ruhunu və sarsılmaz özülünü təşkil etdiyi qeyd olunaraq, ötən 25 illik dövr ərzində dövlətlərimiz və xalqlarımızın çiyin-çiyinə mürəkkəb və tarixi hadisələrlə zəngin uğurlu yol qət etdiyi vurğulanıb.
Elmar Məmmədyarov bu gün də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla inkişaf etdirilən dövlətlərimiz arasındakı yüksək səviyyəli strateji müttəfiqlik əlaqələri, xalqlarımızın tarixi qardaşlıq münasibətləri, beynəlxalq və regional təşkilatlarda qarşılıqlı dəstək, transmilli layihələrin həyata keçirilməsi istiqamətində birgə səylərimizin xalqlarımızın rifahına, regionda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasına xidmət etdiyini bildirib.
Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələr 14 yanvar 1992-ci ildə qurulub.
Xəbəri paylaş
6318 dəfə oxunub.
Digər xəbərlər

15-12-2016, 21:46
Berlin divarı yenidən inşa edilir - Türk nazir
23-11-2021, 08:40
Azərbaycanda koronavirusa yoluxanların çoxu BU SƏBƏBDƏN ÖLÜRLƏR
25-07-2021, 10:28
“Oğlan olmayana kimi dayanmayacağıq” - 14 qız anası
7-12-2018, 17:34
Xərçəngə səbəb olan 4 növ məhsul
4-09-2017, 14:40
Liftdə iki qadını bıçaqlayan sevgililər saxlanılıb - NİZAMİDƏ +FOTO
20-07-2017, 11:37
Ağcaqanadlara qarşı TƏBİİ HƏLL
10-08-2021, 15:22
8 yaşlı məsciddə elə bir iyrənclik etdi ki, ölkə ayağa qalxdı - Edam oluna bilər - FOTO
29-12-2022, 15:48
"Huylu huyundan vaz keçməz" deyiblər - Himalay Məmişovun "iş planı" dəyişmir // VİDEO
4-08-2022, 14:59
Döyüş təyyarələri və helikopterlər havaya qaldırıldı - VİDEO
9-01-2018, 15:14
Hava şəraiti ilə bağlı Yol Polisindən XƏBƏRDARLIQ