Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İşaxtaranlara xoş xəbər
Tarix: 11-06-2015 | Saat: 13:48
Bölmə:M / Karusel / İqtisadiyyat / M2 / Fotogalereya | çapa göndər

İşaxtaranlara xoş xəbər
Dövlət Məşğulluq Xidməti bu ay 3 rayonda əmək yarmarkası keçirəcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə təşkil olunan Əmək yarmarkaları bu ay 3 rayonda davam etdiriləcək.

Xeberaz.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə bildirilib ki, Tovuz, Ağstafa, Neftçala rayonlarında əmək yarmarkalarının keçirilməsi planlaşdırılır. Hazırda həmin rayonların məşğulluq mərkəzləri tərəfindən əmək yarmarkalarına hazırlıq işləri çərçivəsində idarə, müəssisə və təşkilatlardan boş (vakant) iş yerləri barədə məlumatlar toplanılır.

Tədbirlərdə işəgötürənlərin nümayəndələri də iştirak edəcəklər. Yarmarkalar zamanı işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün onların qeydiyyatı da aparılacaq. Sosial cəhətdən həssas əhali qruplardan olan vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota əsasında boş iş yerlərinin təqdim olunması da nəzərdə tutulur.


Xəbəri paylaş

5888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___