Səfir: “Azərbaycanın üçüncü qardaş ölkəsiyik” - Foto
Tarix: 02-01-2017 | Saat: 18:45
Bölmə:M / Karusel / Siyasət / Foto-fakt | çapa göndər
İndoneziyanın Azərbaycandakı səfiri Husnan Vananinin evində mərasim keçirilir.
"Xəbəraz.az "xəbər verir ki, mərasim millət vəkili Qənirə Paşayeva ilə İndoneziya səfirinin xanımının təşəbbüsü ilə baş tutub. Onlar Yeni ilin ilk günündə İndoneziya mətbəxinə aid özlərinin hazlrladıqları yeməkləri qonaqlara təqdim edirlər.
Tədbirdə çıxış edən Qənirə Paşayeva Azərbaycan və İndoneziya arasında qardaşlıq əlaqələrini vurğulayaraq bunu xatırladıb:
“Biz hörmətli səfirlə görüşərkən mən İndoneziya ilə dost xalq olduğumuzu dedim. Səfir isə bildirdi ki, Türkiyəyə münasibətdə “qardaş xalq” deyirsiniz, biz isə sizin üçüncü qardaş ölkənizik”.
Səfir isə çıxışında qonaqları öz evində qarşılamaqdan qürur duyduğunu bildirib və bunları qeyd edib:
“Hansısa beynəlxalq məsələdə Azərbaycan varsa, Türkiyə də var, Türkiyə varsa, Azərbaycan var və bilin ki, Azərbaycanın olduğu yerdə Türkiyə ilə bərabər, İndoneziya da var”.
Tədbirdə Ordumuzun zabiti Ramil Səfərov, ölkənin baş aşpazı Tahir Əmiraslanov, paralimpiya çempionu İlham Zəkiyev, əməkdar artist Aybəniz Haşımova, jurnalistlər, ictimaiyyət adamları iştirak edib.
Millət vəkili Qənirə Paşayeva Qarabağa aid təbiət tablosunu səfirə, həmçinin qonaqlara müəllifi olduğu kitabları və müxtəlif hədiyyələr təqdim edib.
Xəbəri paylaş
7898 dəfə oxunub.
Digər xəbərlər

14-02-2023, 14:18
Bakı və Abşeronda külək güclənəcək - XƏBƏRDARLIQ
11-09-2019, 18:31
Lənkəran silkələndi
19-08-2016, 16:28
Lənkəranskinin qətli ilə bağlı 4 nəfər həbs edildi - 3-ü AZƏRBAYCANLIDIR
27-11-2017, 10:03
La Ligada hakim səhvi-Barcelonanın qolu sayılmadı+FOTO
15-09-2015, 10:01
Manatın bu günə olan rəsmi məzənnəsi – CƏDVƏL
16-02-2017, 01:57
"Kinder Surprise" gulmeli -VIDEO
13-09-2018, 19:18
İsmayıllıda nə baş verir? - Rəsmi açıqlama
3-04-2016, 17:25
Nazir cəbhədəki gərginliklə bağlı telefon danışıqları apardı
7-12-2022, 11:39
DSX-nin özünü gülləyən əsgəri xəstəxanada ÖLDÜ
8-04-2022, 09:00
Onunla barışmayan arvadını yatdığı yerdə öldürmək istədi - TƏFƏRRÜAT