Rəsmi açıqlama: Ermənistan şəhidimizin nəşini...
Tarix: 31-12-2016 | Saat: 11:34
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfin əlində olması barədə məlumatı artıq Ermənistanın rəsmi orqanları təsdiqləyiblər.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, bu barədə müvafiq beynəlxalq qurumlar məlumatlandırılıb və zəruri işlər aparılır.
Dövlət Komissiyası qeyd edir ki, silahlı münaqişələr zamanı həlak olmuş hərbi qulluqçuların meyitləri döyüş əməliyyatı başa çatdıqdan dərhal sonra geri qaytarılmalıdır və bu beynəlxalq humanitar hüququn təkzibedilməz vacib prinsipidir: “Ancaq qarşı tərəf hadisədən üç gün keçməsinə baxmayaraq, onların əlində olan hərbi qulluqçumuzun nəşinin təhvil verilməsi ilə bağlı müvafiq prosedurların başlanılmasını heç bir əsas olmadan ləngidir. Bununla yanaşı, aidiyyəti dövlət qurumları ilə birlikdə həlak olmuş hərbi qulluqçumuzun nəşinin geri alınması istiqamətində tədbirlər davam etdirilir. Prosesin gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.
Xəbəri paylaş
6348 dəfə oxunub.
Digər xəbərlər

28-08-2015, 19:56
“Sığorta Mamed”in oğluna yeni vəzifə verildi
31-08-2017, 12:47
Xanımlar, xəbəriniz olsun: Hər bir evli kişinin başqa sevgilisi var
24-06-2019, 20:43
Şirməmməd Hüseynov 95 yaşında vəfat etdi
25-11-2017, 16:38
Bakı və Abşeronda zəlzələ ehtimalı – İKİ PROQNOZ
10-09-2022, 11:41
“Bəxtiyar” filminin çəkildiyi yerdə DƏHŞƏT: Narkoman yuvasına çevrildi - VİDEO - FOTO
28-06-2022, 11:32
Bakıda qadın qız tanışını oteldə bıçaqladı
27-09-2016, 02:05
KÖVRƏK VƏ XOŞ XATİRƏLƏRLƏ DOLU SƏFƏRİM BAŞA ÇATDI!