Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlıların yaratdığı klub İngiltərədə çempion oldu
Tarix: 10-06-2015 | Saat: 00:15
Bölmə:M / Karusel / Dünya / M2 / Foto-fakt | çapa göndər

Azərbaycanlıların yaratdığı klub İngiltərədə çempion oldu
"Baku United" 3-cü dəfə İngiltərə çempionu oldu
Böyük Britaniyada fəaliyyət göstərən "Baku United" klubu ardıcıl üçüncü dəfə futzal üzrə İngiltərə çempionatının qalibi olub. Xeberaz.az ın məlumatına görə, bu mövsüm də İngiltərəni UEFA Kubokunda yenə Bakının adını daşıyan komanda təmsil edəcək.

"Odlar Yurdu" təşkilatının təsisçisi olduğu "Baku United" artıq üç mövsümdü İngiltərə çempionatının qalibi olur. Çempionatın ilkin və pley-off mərhələlərində "bakılılar" bütün oyunlarda qalib gəlib, rəqib qapılarına 241 qol vurub, öz qapısında mövsüm ərzində cəmi 19 qol görüb.

"Grand Final" adlanan çempionatın yarımfinal və final mərhələsi isə futbol üzrə İngiltərə millisinin yeni istifadəyə verilmiş məşhur "Saint George’s" mərkəzində keçirilib. İngiltərə çempionu adı uğrunda "Baku United"lə yanaşı, "Oxford United", "Birmingem" və "Baltika" klubları mübarizə aparıb.

Yarımfinalda "bakılılar" "Baltika" komandasını darmadağın edərək, 6:0 hesabı ilə qələbə qazanıb. Finalda isə komanda bu mövsümün sürpriz komandası olan "Birmingem"lə qarşılaşıb. Oyunun əvvəlində rəqib komanda müqavimət göstərməyə çalışsa da, sonradan "bakılılar" tempi artıraraq, rəqib qapısından 5 cavabsız top keçiriblər. Bu qollardan birini "Baku United" akademiyasının yetirməsi gənc Liam vurub.

Son iki mövsümdə UEFA reytinqində ən çox irəliləyən komanda olan "Baku United" turnirə bu dəfə əsas mərhələdən başlayacaq.


Xəbəri paylaş

5048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___