Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı ekstrasensin gerçək olan 2016 - Öngörüləri
Tarix: 29-12-2016 | Saat: 11:29
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Azərbaycanlı ekstrasensin gerçək olan 2016 - Öngörüləri
Azərbaycanlı ekstrasens, metafizik Zərinə Ulduz 2016-cı il sentyabrın 4-də ilin sonuna qədər dünyada və ölkəmizdə baş verəcək hadisələrlə bağlı öngörülərini açıqlamışdı.
"Xəbəraz.az " 2016-cı il başa çatmaq üzrə ikən Zərinə Ulduzun bu illə bağlı öngörülərinin hansının doğru, hansının yanlış olmasını yoxlamaq üçün müqayisə aparıb.

Sözügedən müqayisəni təqdim edirik:

Öngörü: Zərinə Ulduz bu ilin sonunda 12 ölkədə, xüsusilə Pakistan, Türkiyə, İran, İraq, Yeni Zelandiya, Hindistan, Çin və Ermənistanda şiddətli zəlzələlər olacağını, ABŞ-da daşqınlar, Azərbaycanda torpaq sürüşmələri baş verəcəyini iddia etmişdi.

Nəticə: 2016-cı ilin sonunda adı çəkilən ölkələrdən yalnız Çində (4,8 bal) və Hindistanda (4,2 bal) zəif sayıla biləcək yeraltı təkanlar olub. ABŞ-ın Pensilvaniya ştatında sel fəlakəti, Azərbaycanda isə torpaq sürüşmələri baş verib ki, bunlar da coğrafi şəraitə uyğun hər il təkrar olunan hadisələrdir.

Öngörü: Türkiyədə ilin sonunadək iki tanınmış sima xərçəngdən, biri isə qəzada dünyasını dəyişəcək. Azərbaycanda xalq artisti vəfat edəcək.

Nəticə: Sentyabrın 16-da tanınmış türk aktyoru Tarık Akan xərçəng xəstəliyindən dünyasını dəyişdi. Digər bir türk aktyor Ərdal Tosun isə noyabrın 30-da avtomobil qəzasında həlak olub. Ötən günlərdə iki xalq artistimiz - Muxtar Maniyev və Ağaxan Abdullayev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Öngörü: Tibbə məlum olmayan yeni virus aşkarlanacaq. Yeni bir din uydurulacaq.

Nəticə: 2016-cı ilin sonlarında dünya miqyasında rezonans doğuran hər hansı bir yeni virus aşkarlanmayıb və yeni din yaradılmayıb.


Xəbəri paylaş

1 1208 dəfə oxunub.

Digər xəbərlər
25-11-2018, 14:51 Sabah da yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___