Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bosniya və Herseqovina ilk Avropa Oyunlarında 57 idmançı ilə təmsil olunacaq.
Tarix: 09-06-2015 | Saat: 23:08
Bölmə:M / Karusel / İdman / M2 / Ekskluziv | çapa göndər

Bosniya və Herseqovina ilk Avropa Oyunlarında 57 idmançı ilə təmsil olunacaq.
Bu barədə Sarayevoda “Bakı-2015”lə bağlı keçirilmiş mətbuat konfransında məlumat verilib


Xeberaz.az -ın məlumatına görə, bu barədə Sarayevoda “Bakı-2015”lə bağlı keçirilmiş mətbuat konfransında məlumat verilib.

Köhnə qitənin ilk böyük miqyaslı yarışı olan “Bakı-2015”dən bəhs olunan tədbirdə yarışların 50 ölkədən 6 mindən artıq atleti bir araya gətirəcəyi vurğulanıb. Bildirilib ki, ilk Avropa Oyunlarının proqramına Olimpiya idman növləri ilə yanaşı, dörd qeyri-olimpiya idman növü də daxildir. Bu yarış, həmçinin bəzi idman növləri üzrə 2016 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyır.

Diqqətə çatdırılıb ki, “Bakı-2015”də 57 idmançı və 19 məşqçi ilə təmsil olunacaq Bosniya və Herseqovina nümayəndə heyətinə Said Fazlagiç başçılıq edəcək. Bu ölkəni təmsil edəcək idmançılar 8 idman növü (atletika, üzgüçülük, boks, avarçəkmə, cüdo, velosiped, atıcılıq, stolüstü tennis) üzrə mübarizə aparacaqlar.


Xəbəri paylaş

5498 dəfə oxunub.

Digər xəbərlər
4-09-2020, 00:49 Türkiyə evdə uduzdu

bütün xəbərlər
____ Instagram ___