"Xalqımızdan üzr istəyirəm” - Millət vəkili
Tarix: 27-12-2016 | Saat: 12:31
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Milli Məclisin deputatı Astan Şahverdiyev böyük ictimai rezonansa səbəb olan açıqlamasına görə Azərbaycan xalqından üzr istəyib.
"Xəbəraz.az " xəbər verir ki, bu haqda Modern.az-a danışan deputat səhvini anladığını vurğulayıb:
“Mən, Astan Şahverdiyev, 24 dekabr 2016-cı ildə “Azadlıq" radiosuna verdiyim açıqlama və müxtəlif saytlarda yerləşdirilmiş materiallarda göstərilən məsələlərlə bağlı səhvimi başa düşürəm. Ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqımdan üzr istəyirəm”.
Deputat bunun məsələ ilə bağlı sonuncu açıqlaması olduğunu bildirib:
“İki gün ərzində özümün, ailə üzvlərimin telefonuna çox sayda zənglər, mesajlar gəlib. Mesajlar o qədər çoxdur ki, telefon yenilərini qəbul edə bilmir. Orada ağıza alınmayacaq təhqirlər yazılıb. Mən məsələnin bu yerə qədər çatmasına təəssüf edirəm. Bu, mənim məsələ ilə bağlı sonuncu açıqlamamdır. Xalqımdan üzr istəyirəm, onların böyüklüyünə sığınıram”.
Qeyd edək ki, dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb 20 min nəfərdək cəbrayıllı köçkünün yaşadığı 11 qəsəbəyə verilən elektrik enerjisinin tez-tez kəsilməsi olub. Əraziyə gətirilən polis qüvvələri ilə vətəndaşlar arasında qarşıdurma baş verib. Hadisə zamanı xəsarət alanlarla yanaşı 3 məcburi köçkün həbs olunub. Onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açılıb.
Dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə “Azərişıq” ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb.
Görüşdən sonra “Azadlıq” radiosuna müsahibəsində deputat Astan Şahverdiyev aksiyada saxlanılanlar haqda, eləcə də Rusiyaya işləməyə gedən bəzi azərbaycanlılar barədə danışarkən xoşagəlməz ifadələr işlətmişdi.
Xəbəri paylaş
6408 dəfə oxunub.
Digər xəbərlər

4-04-2016, 12:58
Erməni mərmiləri məktəbi bu günə qoydu - FOTOLAR
24-02-2022, 16:16
❗“Nar” Ukraynada olan abunəçilərinin balanslarını artırıb
11-09-2017, 16:37
Qum Saatı 2-ci mövsümdə-Anons
10-05-2016, 12:43
Kral Netanyahuya 80 milyon göndərib
9-07-2018, 15:06
Bilgəhdə “Mersedes” aşdı: ölən və xəsarət alanlar var
31-03-2017, 10:15
Azərbaycanda təhsillə bağlı yeni qanun layihəsi hazırlanır
17-11-2015, 21:58
Daha bir kəndə təbii qaz verildi
17-11-2022, 12:16
Mehriban Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı PAYLAŞIM
3-02-2021, 19:56
Prezident İlyas Əfəndiyevin oğlunu işdən çıxardı
5-04-2017, 14:41
Anoreksiya xəstəsi gözəllik müsabiqəsində birinci oldu - FOTO