Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Heydər Əliyevin Usubovla bağlı tarixi tələbi – Video
Tarix: 22-12-2016 | Saat: 13:43
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Həftə-Reytinq | çapa göndər

Heydər Əliyevin Usubovla bağlı tarixi tələbi – Video

Bu gün Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun 68 yaşı tamam olur.

"Xəbəraz.az "ölkənin hüquq-mühafizə orqanlarının qurulmasında misilsiz xidmətləri olan nazirin həyat və fəaliyyətini əsas məqamlarını təqdim edir:

Ramil İdris oğlu Usubov 22 dekabr 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbini, 1980-cı ildə isə SSRİ DİN-in Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

Ramil Usubov 1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı (Şirvan) Şəhər Polis Şöbəsinin rəisi vəzifələrində işləyib.

1987-ci ildə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib, 1989-cu ilədək həmin vəzifədə çalışıb.

1989-1991-ci illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, 1991-1992-ci illərdə Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin 11 avqust 1993-cü il tarixli fərmanı ilə 2-ci dəfə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin olunub.

Ümummilli lider Heydər Əliyevin güvəndiyi və etibar etdiyi kadr olan Ramil Usubov az sonra daha yüksək vəzifəyə gətirilib. Belə ki, Heydər Əliyevin 29 aprel 1994-cü il tarixli fərmanı ilə Ramil Usubov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib. Az sonra nazirin rütbəsi də artırılıb - prezidentin 3 may 1994-cü il tarixli fərmanı ilə ona general-mayor, 26 dekabr 1995-ci il tarixli fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli fərmanı ilə isə general-polkovnik rütbəsi verilib.

Prezident Heydər Əliyevə ən sadiq nazirlərlərdən biri olan R.Usubov cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsindəki xüsusi xidmətlərinə görə 24 dekabr 1998-ci il tarixində “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Ramil Usubov Azərbaycanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmasında, dünya birliyi dövlətlərinin müvafiq qurumları ilə faydalı qarşılıqlı əlaqələrin təşkil edilməsində, transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə çox sayda müxtəlif yüksək mükafatlara layiq görülüb.

Daxili İşlər naziri Ramil Usubovun iki oğlu, bir qızı var.

Ümummilli lider Heydər Əliyevin Ramil Usubovu nazir təyin etməsi ilə bağlı çıxışını təqdim edirik:axar.az




Xəbəri paylaş

8498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___