Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Röyanın arzusu baş tutmadı – VİDEO + YENİLƏNİB
Tarix: 09-06-2015 | Saat: 13:24
Bölmə:M / Karusel / Şou-Biznes / M2 | çapa göndər

Röyanın arzusu baş tutmadı – VİDEO + YENİLƏNİB
“Şirkətin sponsorlarla problemi yox idi”.

Müğənni Röyanın prodüseri Kənan Bayramov sənətçinin “ATV”də aparıcılıq etmək istəyinin baş tutmaması haqda yayılan xəbərlərə münasibət bildirib.

Xeberaz.az xəbər verir ki, prodüser “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Röya payız aylarında yeni verilişlə ekranlara gələcək:

““Röya show” bizim layihə deyil ki, sponsorla razılığa gəlməyək. Biz əvvəldən də qeyd etmişdik ki, verilişi türk şirkəti həyata keçirəcək. Şirkətin sponsorlarla problem yox idi, danışıqlar mənim yanımda aparılmışdı. Hazırlıq prosesi uzandığı və yay sezonu başladığına görə, veriliş hələ ki, təxirə salınıb. Payız aylarında Röyanın televiziya layihəsi ilə ekranlara gəlməsi nəzərdə tutulub. Yayılan xəbərlər əsassızdır”.

11:59

Müğənni Röya Ayxanın “Azad Azərbaycan” telekanalında aparıcılıq etmək istəyi baş tutmayıb.

Xeberaz.az lent.az-a istinadən xəbər verir ki, ifaçının bir neçə ay öncə anons etdiyi “Röya Show” adlı proqram yayımlanmayacaq.

Məlumata görə, ifaçı verilişin sponsorları ilə razılığa gələ bilməyib.

Xatırladaq ki, R.Ayxan bu ilin yanvarında açıqlama verərək bildirmişdi ki, aparıcılığa başlayacaq:

“Xəbəriniz olsun, bir aya çox böyük və möhtəşəm bir televiziya verilişi ilə evinizin qonağı olacam. 8 aydır üzərində çalışılan proqramda iki saat sizinlə oxuyub, deyib-güləcəyik".

Bundan əlavə ifaçı verilişin anonsunu da sosial şəbəkədəki səhifəsində paylaşmışdı.

Qeyd edək ki, Röya 2008-ci ildə “Lider” kanalında yayımlanan "Özümüz bilərik" tok-şousunun aparıcısı olub.


Xəbəri paylaş

5438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___