Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünyanın gözü Ankara və Rusiyada - Fərqli proqnozlar
Tarix: 20-12-2016 | Saat: 12:19
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Dünyanın gözü Ankara və Rusiyada - Fərqli proqnozlar


Ankarada baş verən sui-qəsddən sonra yenidən gözlər rəsmi Moskva və Ankaraya yönəlib. Təyyarənin vurulmasından sonra iki ölkə arasında gərginlik hələ təzə-təzə aradan qalxdığı bir zamanda baş verən hadisəyə ölkə başçılarının verəcəyi qərar maraqla gözlənilirdi. Ancaq liderlərin hardasa eyni dəqiqələrdə iki ölkə arasındakı münasibətlərin pozulmayacağını bəyan etməsi yaranmış qorxunu az da olsa aradan qaldırdı. Bəs dünyada bununla bağlı hansı analiz və şərhlər verilib?

“Qafqazinfo” sözügen hadisəylə bağlı xarici mətbuatda yer alan analizlərin qısa xülasələrini təqdim edir:

“Times”da “Qatil səfiri öldürdükdən sonra “bu Hələb üçündür”-deyə qışdırdı” başlığı ilə yer alan məqalədə bu cinayətin Putinlə Ərdoğan arasındakı münasibətləri yenidən pozacağı vurğulanıb:

“Sərgidə bir səfirin öldürülməsi İraqdakı vətəndaş müharibəsi, 1 milyon mühacirin Ağ dənizə köçməsi, Parisdəki qətliamla müqayisədə kiçik bir hadisə kimi görünə bilər. Ancaq bunun ciddi nəticələrinin olması gözlənilir. Əsrlərdir Qərbi Asiyada gücə sahib olmaq üçün vuruşan 3 böyük ölkə - Rusiya, Türkiyə və İran rəsmiləri bugünkü görüşündə müəyyən razılıq əldə edə və Suriyanın açdığı yaraları sağalda bilərdi. Ancaq bu həm də ABŞ-ın Yaxın Şərqdəki nüfuzunun dramatik bir şəkildə azalması deməkdir”.

Bu dəfə yaranın sağalmasının vaxt alacağını yazan qəzet daha sonra qatilin polis olmasının vəziyyəti daha da qəlizləşdirdiyini bildirib:

“Qatilin səsləndirdiyi şüar onun ya cihadçı, ya da Gülən hərəkatının üzvü olduğuna işarə edir. ABŞ-a olan güvənsizlik iki ölkə arasındakı çatların üstünü örtə bilər, ancaq bu, o qədər də uzun çəkməz. Çünki həm Putin, həm də Ərdoğan Yaxın Şərqə güc üçün girişib və birinin sünniləri, digərinin isə şiələri dəstəkləməsi yaraların sağalmasına mane olur”.



“Guardian”da isə məsələyə tam fərqli münasibət bildirilib. Qəzetin dünya xəbərlərinin redaktoru Julian Borger hazırladığı analizdə həmkarlarından fərqli olaraq bu cinayətin Ankara ilə Moskvanı daha da yaxınlaşdıracağını bildirib. Yazıda o da qeyd olunub ki, hər iki ölkə yaşanmış hadisənin Qərbin onları yenidən düşmən etmək üçün hazırladığı bir hiylə olduğuna inanır.

İngiltərə mediasında yer alan başqa bir analizin sonluğunda qeyd olunur: “Türkiyə bir müddətdir ki, çox radikal bir yöndə irəliləyir və dünyanın ən çox jurnalist həbs edən ölkəsi halına gəlib. Bu son yaşanan hadisələr də radikallığı bir az da artıracaq, qeyri-sabitlik sürətlənəcək, NATO-nu narahat edəcək və ən əsası Türkiyə ilə Avropa İttifaqı arasındakı uçurumu daha da artıracaq”.

Ankarada yaşanan hadisə alman mediasında da böyük müzakirələrə səbəb olub. “Spiegel Online” sui-qəsdin yay aylarından bəri düzəlməyə başlayan Türkiyə və Rusiya arasındakı münasibətləri korlaya biləcəyini yazıb. Məqalədə son bir ayda Rusiya və İran səfirliklərinin qarşısında xeyli sayda aksiyaların keçirildiyi də vurğulanıb.

“Landeszeitung” qəzetində hadisəyə şərh verilən zaman əsas olaraq bu fikirlər qabardılıb:

“Hadisənin zamanı Rusiya və Türkiyə arasındakı münasibətləri çətinliyə salmağı məqsədləyib. Tarixdə bu kimi sui-qəsdlərin müharibələrə səbəb olduğunu az görməmişik. Türkiyə NATO üzvüdür və Rusiya Qərb bloku tərəfindən getdikcə sıxışdırıldığına inanır. Hadisənin içərisindəki bütün ölkə başçıları gərginliyi azaltmağa çalışmalıdır”.

Son olaraq alman mediasında Türkiyədə təhlükəsizlik tədbirlərinin getdikcə kontrol edilə bilmədiyi vurğulanıb. Qəzetlər onu da yazır ki, Ərdoğan hər dəfə intiqam alacağını xüsusi qeyd etsə də, bir səfiri belə qorumaq iqtidarında deyil.

Dünyanın gözü Ankara və Rusiyada - Fərqli proqnozlar
Dünyanın gözü Ankara və Rusiyada - Fərqli proqnozlar


Xəbəri paylaş

8398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___