Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlhamə Quliyeva: “Ağıllarını başlarına yığsınlar" (FOTO)
Tarix: 09-06-2015 | Saat: 12:49
Bölmə:M / Karusel / Şou-Biznes / M2 / Foto-fakt | çapa göndər

İlhamə Quliyeva: “Ağıllarını başlarına yığsınlar" (FOTO)
Xalq artisti ANS ÇM-ə eksklüziv müsahibəsində bir çox məqamlara toxunub
Xalq artisti İlhamə Quliyeva həddindən artıq sevincli günlərini yaşayır.
Xeberaz.az ın məlumatına görə, bu barədə sənətçi ANS ÇM-ə eksklüziv müsahibəsində bildirib. O, müsahibəsində Avropa Oyunlarının məşəlini daşıdığına görə xoşbəxt olduğunu dilə gətirib.

“Mən həyatımın ən mötəbər, ən hörmətli, ən gözəl gününü yaşamışam. Çünki məşəl daşımışam. Dövlətin mənə layiq gördüyü məşəli aparmışam. Ona görə çox xoşbəxtəm ki, prezidentimlə, dövlət başçısı ilə, onun ailəsilə birgə eyni vaxtda məşəl daşımışam. Belə şərəf mənə qismət olduğu üçün sevinirəm”, - deyə İlhamə Quliyeva vurğulayıb.

Xalq artisti açıqlamasında bir çox sənətçilərin ona paxıllıq etdiyini də qeyd edib:

Məsələ burasındadır ki, mən bu müqəddəs məşəli əksik kəslərə, əksik şəxslərə vermərəm. Çünki o müqəddəs oddur. Paxıllıq edən kəslər məcazi mənada məşəlin odu ilə yanıblar, məhv olublar. Bəziləri buna qısqanclıqa yanaşırdılar ki, onların adı siyahıda olmayıb. Dövlət onları o siyahıya daxil etməyib. Çünki həmin kəslərin mənim qədər dövlətə, bayrağa, xalqa xidməti olmayıb. Ağıllarını başlarına yığsınlar, dövlətə sadiq olsunlar. İlan kimi üzdə ora-bura sürünməsinlər. Özlərindən muğayat olsunlar. Başlarına qoyduqları pariki bərk saxlasınlar. Həmin parikləri ayaqlar altına atmasınlar. Ağıllı olsunlar!”

İlhamə Quliyeva həm kəslərə yalnız yazığı gəldiyini bildirib: “Artıq həmin kəslərin həyat tərzlərini dəyişmələri üçün çox gecdir. Mən heç vaxt “xamilyon” olmamışam. Ona görə də, “xamilyon”lar hər zaman kənarda qalırlar”.


Xəbəri paylaş

7508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___