Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Parlament seçkisindən sonra Türkiyədə vəziyyət çətin və qarışıqdır.
Tarix: 09-06-2015 | Saat: 12:46
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər

Parlament seçkisindən sonra Türkiyədə vəziyyət çətin və qarışıqdır.

Türkiyədə parlament seçkisi keçirildi. Qələbəni isəs gözlənildiyi kimi hakim partiya qazandı, amma...

Xeberaz.az xəbər verir ki , Ədalət və İnkişaf Partiyası səslərin 41 faizini toplayaraq birinci oldu. Amma təssüf ki, bu hökuməti özünün formalaşdırması üçün kifayət deyil. Deməli, kiminləsə də koalisiyaya getmək lazımdır. Parlamentə keçən partiyalar buna gedəcəklərmi? Bu böyük sualdır.

Xarici mətbuatın yazdığına görə, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu bütün partiyaları hakim partiyaya qarşı birləşməyə səsləyib.

Ən əsası isə odur ki, prezident üsul idarəsinə keçidlə bağlı referendumun taleyi sual altına düşür. Bunun üçün ərdoğanın tərəfdarlarının parlamentdəki 550 yerdən 330-nu əldə etməyi lazım idi.

Hakim partiya və prezidentin nəaliyyətləri açıq-aşkar görünür. Fəal iqtisadi siyasət, yeni sahələrin inkişafına sərmayə qoyuluşu qısa zamanda Türkiyəyə ümumdaxili məhsulu 3 dəfə artırıb. Türkiyə 20-lik və beynəlxalq təşkilatların tam hüququlu üzvü olub. Ölkə bu gün NATO-nun əsas tərəfdaşlarından biridir.

Amma müxalifət hesab edir ki, həmrəylik defisitidir və sosial ədalət yoxdur. Bundan başqa onlar Ərdoğanı avtoritar idarəçilikdə ittiham edirlər. Hazırda ABŞ-da yaşayan və Türkiyədə kifayət qədər tərəfdarı olan məşhur Güləni də unutmaq lazım deyil.

Qərbin özü də Ərdoğana heyran deyil. Onlar düşünürlər ki, prezident çox müstəqildir və heç də hər zaman öz addılarını onlarla razılaşdırmır.

Fransanın "Le Figaro" pis gizlətdiyi sevinc hissi Ərdoğanın məğlubiyyətini yazır. Başqa bir nəşr "Liberson" isə ilk səhifəsində parlamentə keçən kürd partiyası liderinin şəklini yerləşdirib və onu "həqiqi cəngavər" adlandırıb.

Bu gün Türkiyədə vəziyyət çətin və qarışıqdır. Ölkə prezidenti artıq baş nazir Əhməd Davudoğluna yarım ayda hökuməti formalaşdırmağı tapşırıb. Hakim partiya parlamentdə çoxluq üçün özünə müttəfiq tapa biləcəkmi?

Ekspertlər hesab edirlər ki, əgər tapmasa, Türkiyə üç aydan sonra təkrar seçkiyə getməlidir.


Xəbəri paylaş

6738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___