Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şuşa məscidi ilə bağlı İran XİN-dən - Açıqlama
Tarix: 19-12-2016 | Saat: 16:35
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Şuşa məscidi ilə bağlı İran XİN-dən - Açıqlama


İran şirkətinin Şuşada məscid təmir etməsinə dair yayılan xəbərləri təsdiqləmirik.

APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.

“Bizdə iranlı mühəndislərin Qarabağda olmasına dair məlumat yoxdur, biz bunu təsdiq etmirik”, - o bildirib.

B. Qasimi deyib ki, Qafqaz bölgəsində etnik və regional gərginliklər olduğu üçün bəzi KİV mənbəyi məlum olmayan, yalan, əsassız məlumatlar yayır, İran haqqında da bəzən belə məlumatlar yayılır.

"İranın Azərbaycan Respublikası, Qarabağ böhranı, eləcə də Ermənistana dair siyasəti dəyişməyib. Bizim mövqeyimiz sabitdir və bu mövqeni davam etdirəcəyik”, - o qeyd edib.

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinə də münasibət bildirən B. Qasimi deyib ki, Azərbaycan müstəqil ölkədir və bu, Azərbaycanın daxili məsələsidir: “Ancaq düşünürəm ki, Azərbaycan bu səfəri qəbul etməməli idi. Biz İsrailin dağıdıcı hərəkətlərini və fitnəkar davranışını müşahidə edirik. Onlar İslam ölkələri arasında münasibətlərdə problemlər yaratmaq niyyətindədirlər".

Xatırladaq ki, iranlı mütəxəssislərin Şuşa məscidində bərpa işləri aparması barədə Ermənistan mətbuatı məlumat yayıb. Ermənistanın "news.am" saytının xəbərinə görə, İran şirkəti Dağlıq Qarabağdakı qondarma rejimin İqtisadiyyat Nazirliyinin sifarişi ilə Şuşa məscidində bərpa işlərinə başlayıb. Bu il dekabrın 7-də tərəflər arasında müvafiq sənəd imzalanıb.


Xəbəri paylaş

6838 dəfə oxunub.

Digər xəbərlər
12-09-2021, 11:21 Alişan Bakıdadır - Foto

bütün xəbərlər
____ Instagram ___