Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazir: "Aprel döyüşlərində Azərbaycan istehsalı olan hərbi məhsullar mühüm rol oynadı"
Tarix: 17-12-2016 | Saat: 12:13
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Nazir: "Aprel döyüşlərində Azərbaycan istehsalı olan hərbi məhsullar mühüm rol oynadı"


Aprel döyüşlərində düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullar mühüm rol oynadı.
"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, bunu Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 11-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Y.Camalov bildirib ki, Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir: "Cari ilin aprelində cəbhə xəttində erməni təxribatına cavab olaraq sarsıdıcı zərbələr endirməsi, düşmən tapdağında olan bir neçə yüksəkliyi azad etməsi Azərbaycan Ordusunun gücünün göstəricisi kimi dəyərləndirilməklə yanaşı, illərdir davam edən münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda müşahidə olunan canlanma problemin ədalətli həlli istiqamətində irəliləyiş gözləntisi də yaratdı.

Aprel döyüşlərində MSN-in müəssisələrində istehsal olunan silah və sursatlardan - tank əleyhinə qumbaraatanlar, minaatanlar və onların döyüş sursatları, snayper tüfəngi, universal pulemyotlar, o cümlədən AK74M tipli avtomat silahlar, müxtəlif çaplı patronlar və digər döyüş sursatları düşmənə qarşı tətbiq olunub. Eyni zamanda, düşmənin hədəflərinin dəqiq müəyyən edilib, məhv edilməsi ölkədə istehsal olunan müasir növ pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib".

Nazir bildirib ki, cari ildə ilk dəfə seriyalı istehsalına başlanılmış məhsullar sırasında xüsusi təyinatlı "Yalquzaq" snayper tüfəngi, 40 mm-lik tank əleyhinə əl qumbaraatanı üçün PG-7V tipli qumbara, 6 və 24 yerli UST-56 tipli çadır, M-6 və M-12 tipli mina partladıcılar var: "Bu il ümumi məhsul istehsalının həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artım əldə olunub. İstehsal olunan məhsulun 85 faizini müdafiə və xüsusi, 15 faizini isə mülki təyinatlı məhsul təşkil edir".

Y.Camalov nəzərə çatdırıb ki, 2016-cı ildə müdafiə sifarişində yaradılma bölməsi üzrə 115 mövzu üzrə 198 mərhələnin yerinə yetirilməsi nəzərdə tutulub və bu sahədə işlər uğurla davam etdirilir: "Nazirliyin tabeli müəssisələri tərəfindən 37 mərhələ yerinə yetirilib, o cümlədən TA-57 tipli səhra telefon aparatının yaradılma işləri tam başa çatdırılıb və silahlanmaya tövsiyə olunub. Cari ildə xüsusi təyinatlı hücum pulemyotunun, avtomat qumbaraatan kompleksinin, "İstiqlal-1T" snayper tüfənginin, soyuq atış kollimatorunun, avtomatik topun, artilleriya və tank topları üçün atəş yığımlarının, tank əleyhinə qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının və s. məmulatların müvafiq sınaqlarına başlanılmış və həmin məmulatların istehsalının mənimsənilməsi istiqamətində işlər davam edir".

Nazir qeyd edib ki, Milli Aerokosmik Agentliyi tərəfindən (MAKA) 2016-cı ildə Silahlı Qüvvələrin sifarişləri əsasında müxtəlif sahələri əhatə edən 33 mövzu üzrə elmi-tədqiqat işləri aparılır: "İlk növbədə, əsas diqqət müxtəlif növ döyüş modulları ilə təchiz edilmiş "Tufan" milli zirehli nəqliyyat vasitəsinin yaradılmasına yönəldilib. Eyni zamanda, "İldırım" və "Qasırğa" zirehli maşınlarının ilkin nümunələri hazırlanıb "ADEX-2016" II Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib. Digər yeni layihə BRDM-2M zirehli transportyorun üzərində orta mənzilli "Mizrak" tipli tank əleyhinə idarə olunan raket sisteminin quraşdırılmasıdır. Bu döyüş maşını da qısa müddət ərzində Silahlı Qüvvələrin ixtiyarına veriləcək".


Xəbəri paylaş

4628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___