Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda ilanla fala baxan ekstrasens axtarışa verildi - FOTO
Tarix: 03-06-2015 | Saat: 13:38
Bölmə:M / Karusel / Hadisə / M2 | çapa göndər

Azərbaycanda ilanla fala baxan ekstrasens axtarışa verildi - FOTO
Ekstrasensin saytı da var.

Bakıda məşhur ekstrasens dələduzluq etdiyinə görə axtarışa verilib.

Xeberaz.az xəbər verir ki, “Report”un məlumatına görə, ekstrasens Tamilla Salamova vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda pul mənimsəməkdə şübhəli bilinir.

Onunla bağlı artıq iki nəfər zərərçəkən qismində Səbail Rayon Polis İdarəsinə şikayət edib.

T.Salamova istintaqdan yayınaraq ifadə verməkdən boyun qaçırdığı üçün onun barəsində axtarış elan edilib.

Qeyd edək ki, T.Salamova “Lider” TV-də yayımlanan “Ekstra Hiss” yarışmasının qalibi olub. O, müxtəlif televiziya kanallarında ayrı-ayrı verilişlərə qonaq qismində qatılıb. Ekstrasensin saytında T.Salamovanın “İnsanlardan, onların evlərindən cin, şeytan, ruhu uzaqlaşdırmaq və cadu çıxarmaq qabiliyyətinə malik olduğu” iddia edilir. O, evində ilan saxlayıb, fala da ilanlarla baxıb.


Xəbəri paylaş

6528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___