Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Terrorizm: Qurbanlar və zərərçəkmişlər
Tarix: 14-12-2016 | Saat: 00:20
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər

Terrorizm: Qurbanlar və zərərçəkmişlər

"Xəbəraz.az " kanal24.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyi Terrorizm: Qurbanlar və zərərçəkmişlər mövzusunda layihə həyata keçirib.

Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin sədr müavini Əlişir Mirzəyev Kanal24.az-a müsahibə verərək deyib ki, təşkilat hər zaman insanlarda vətənpərvərlik hissinin gücləndirilməsi məqsədi ilə silsilə tədbirlər həyata keçirir.

Əlişir Mirzəyev Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyi Terrorizm: Qurbanlar və zərərçəkmişlər mövzusunda gerçəkləşdirilən layihə ilə bağlı danışıb. O bildirib ki, layihənin əsas məqsədi Ermənistanın Azərbaycana qarşı vandalizm, işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırmaqdır.

Sədr müavini onu da qeyd edib ki, işğal altında olan torpaqlarımızdan qaçqın və didərgin düşmüş şəxslərin hüquqları pozulub, onlara maddi və mənəvi zərbələr dəyib. İşğal nəticəsində torpaqlarımızın 20 faizini itirmişik. Günahsız insanlarımız erməni vəhşiliyinin qurbanı olub. Bu baxımdan ölkəmizin haqq səsini dünyaya çatdırmaq baxımından Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyi hər zaman önəmli işlərə imza atır. Gələcək illərdə də bu tip layihələrin gerçəkləşdirilməsi prioritet istiqamətlərdəndir.

Kanal24 Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin həyata keçirdiyi layihə ilə bağlı hazırlanan video-sujetləri təqdim edir:




Xəbəri paylaş

6728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___