Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İstedadlı uşaqlar axtarılır
Tarix: 03-06-2015 | Saat: 12:08
Bölmə:M / Karusel / Gündəm / M2 / Fotogalereya | çapa göndər

İstedadlı uşaqlar axtarılır
Kukla Teatrı nəzdindəki “Oyuq” teatr studiyası yeni istedadların cəlbinə başlayıb
A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr studiyası yeni istedadların cəlbinə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan studiya mütəmadi olaraq öz sıralarını genişləndirməkdə, sabahın səhnə həvəskarlarını öz ətrafına toplamaqdadır.

Xeberaz.az -ın məlumatına görə ,Teatrın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, daim balaca istedadları axtarıb tapan, onların səhnə vərdişlərini təkmilləşdirərək istedad və bacarıqlarını ortaya çıxaran, balaca sənət vurğunlarını böyük səhnə, çoxminli tamaşaçılarla görüşdürən, müsabiqə və festivallarda iştiraklarını təmin edən studiya yeni istedadların axtarışına çıxıb.

Bu dəfə 4-8 yaş qrupu arasındakı oğlan və qızlara səhnə vərdişlərinin, səs və plastikanın, hər hansı yaradıcı qabiliyyətin nümayiş meydanı açılıb. Beləliklə “Oyuq”un sıralarına qatılmaq istəyən balacalar 3 iyun saat 14. 00-dan başlayaraq A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kiçik səhnəsindəki seçimlərə qatıla bilərlər.

Teatrın rejissor və rəssamlarının, aparıcı aktyorlarının, eləcə də studiyanın rəhbər və pedaqoqlarının aparacağı seçimdə özünü sınamaq istəyən balaca istedadları seçimlərə qatılmağa dəvət edirik.


Xəbəri paylaş

6218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___