Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İctimaiyyət üçün bağlı olacaq bu yarış iyunun 6-da axşam saat 20:00-da başlayacaq.Sınaq olacaq
Tarix: 03-06-2015 | Saat: 11:56
Bölmə:M / Karusel / Gündəm / M2 | çapa göndər

İctimaiyyət üçün bağlı olacaq bu yarış iyunun 6-da axşam saat 20:00-da başlayacaq.Sınaq olacaq
"Baku 2015" 12 iyun tarixində başlayacaq Avropa Oyunlarından öncə hazırlıqların bir hissəsi kimi şənbə günü, 6 iyun tarixində Olimpiya Staionunda keçiriləcək sınaq tədbirinə ev sahibliyi edəcək.

Xeberaz.az -ın "Bakı 2015" ilk Avropa Oyunlarının təşkilat komitəsinə istinadən verdiyi məlumata görə, ictimaiyyət üçün bağlı olacaq bu yarış axşam saat 20:00-da başlayacaq.

Olimpiya Stadionunun yaxınlığından maşınla keçmək istəyən şəxslərə bildirilir ki, Heydər Əliyev prospektinin Babək yol qovşağından Sabunçu yol qovşağınadək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan gecə saat 02:00-a kimi ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

Həmçinin, Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi ümumi nəqliyyatın hərəkətinə 6 iyun tarixində axşam saat 16:00-dan gecə saat 02:00-a kimi bağlı olacaq.

Şəhər sakinlərindən avtobus və metro stansiyalarında həmin gün sərnişin sıxlığının olacağını nəzərə almaları xahiş olunur.

6 iyun və Bakı 2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumatları əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur::

- Bakı 2015 internet səhifəsi (www.baku2015.com);

- Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar;

- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (www.mot.gov.az), Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi (www.dyp.gov.az) və Bakı şəhər İcra Hakimiyyətinin (www.baku-ih.gov.az) internet səhifələri;

- Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və Facebook səhifəsi (www.facebook.com/niim.gov.az) də daxil olmaqla, NİİM-in məlumat kanalları

Xatırladaq ki, Bakı 2015 Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.

Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.


Xəbəri paylaş

6078 dəfə oxunub.

Digər xəbərlər
27-08-2015, 17:48 Məşhur cütlük boşanır

bütün xəbərlər
____ Instagram ___