Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Orqanlara görə düşünmək
Tarix: 02-06-2015 | Saat: 20:14
Bölmə:M / Karusel / Təhsil / Maraqlı / M2 | çapa göndər


Orqanlara görə düşünmək



Azərbaycan insanları 4 qrupa bölünür.
1) Arxasını ,dodaqlarını və döşlərini böyüdənlər
2) Qarnını böyüdənlər
3) Əzələlərini böyüdənlər
4) Beynini böyüdənlər


Hər yazımdam sonra mübahisələr yaranır. Bunu müsbət qəbul edirəm. Demək ki, yazdıqlarım insanlara təsir edə bilir. Azərbaycanda orqanlara görə düşünən insanlar var. Estetik əməliyyat etdirən insanları dəstəkləyirəm. Amma gərən başda da nəsə olsun da. Əksər hallarda arxa böyüyəndə baş dayazlaşır. Allaha inanan insanların estetik əməliyyatlar etməsini anlaya bilmirəm, mənə gülünc görünür. Həm Allahın hər şeyi mükəmməl yaratdığını deyirsən həm də dodağını, döşlərini böyüdürsən, oğlunu sünnət etdirirsən. 1 – ci qrup haqqında çox danışmaq mənasızdır. Gözəl görünüşə sahib olmaq istəyini normal qəbul edirəm. Təbii haldır. Bəzən kitab da oxumaq lazımdır ki, övladına heç olmasa minimum olsa da tərbiyə verə biləsən. Azərbaycan ailələrinin ən dəhşətli problemi kitabsızlıqdır. Gecə - gündüz özümüzü öyməklə bəlli həqiqətlərin gözünə pərdə sala bilmərik. Bu, bir gerçəkdir. Azərbaycan öz inkişaf səviyyəsini qonşu dövlət Ermənistanlar müqayisə edir. Bəyənmədiyimiz Ermənistanda əhalinin 37 % - i kitab oxuyur. Azərbaycandasa cəmi 9 % kitab oxuyan əhali var. Bəs 91 % əhali nə işlə məşğuldur?
İndi gələk 2 – ci qrupa. Elə insanlar var ki, bir toy mərasiminə gedirlər, 50 manat pul xərcləyəcək deyə 150 manatlıq yemək yeyir. Bu, nə acgözlükdür , anlamaq olmur. İki gənc izdivac qurursa belə ucuz söhbətlər nəyə lazımdır. Bir dəfə əcnəbi dostumla toya getmişdim. Toydan sonra mənə dedi ki, Nicat, sizin xalq ancaq toydan – toya yemək yeyir. Nə cavab verəcəyimi bilmədim. Artıq çəki sağlamlığa zərərdi. Bacardıqca normasında qidalanmaq lazımdır. Valideynlər var ki, övladını geyim vı qida məhsulları ilə təmin edir, bununla da işini bitmiş sayır. İntelektual gənc formalaşdırmaq lazımdır. Elə övlad böyütməlisən ki, insanlara qarşı vəhşi münasibət göstərməsin. Nevrozluğa meyilli olmasın. Qarın ölçülərinə görə fəxr etməsin. Heç olmasa elementar etika qaydalarını övladına öyrətməlisən.Mentalitetdən danışmaqla iş düzəlmir e, gərək başda nəsə olsun. Normal təfəkkürə sahib olasan. Biz hələ də lokal düşüncədən azad ola bilmirik . Dəfələrlə qızlara demişəm ki, qısa geyinin e, heç kim sizə müdaxilə etməməlidir. Hər insanın öz taleyi var. Amma qısa geyinsəniz də heç olmasa qısa düşünməyin də. Kişilərdə eyni gündədirlər. Qadınlar kişilərə nisbətən daha çox kitab oxuyurlar. Amma mənasız kitablar oxuyurlar . Qaraqanı, Elxan Elatlını, Ahmet Batmanı, Kahraman Tazeoğlunu oxumaq sizə heç nə verməyəcək. Ciddi kitablar oxuyun.
3 cü qrup – Əzələlərini böyüdənlər. Son zamanlar fikir verirəm. Gənc oğlanlar özlərini “ Kurtlar Vadisi Pusu ” filminin qəhrəmanı Pusata bənzədirlər. Nisbətən yaşlılar isə Polat Alemdara bənzəməyə çalışırlar. Axı niyə özünüz olmaq istəmirsiz, gərək mütləq kiməsə bənzəyəsiz ? Bu xəstəlik nə zaman sizi tərk edəcək. Atalar oğullarını həvəslə idmana göndərirlər. Get idmana , əzələlərin şişsin, küçədə gəzəndə hamı görsün, səndən qorxsunlar. Qızlar da xanım müğənnilərə bənzəmək istəyirlər. Valideynlər görür ki, müğənnilər daha çox pul qazanır. Nəticədə övladını müğənni olmağa yönləndirir. Hələ də Azərbaycan dilində neçə hərf, neçə səs olduğunu bilməyənlər var, insanlar hələ də nümayəndəsi olduğu xalqın ziyalılarını tanımır. Əzələləri böyütmək sizə nə verəcək ? Sağlam olmaq yaxşıdır, amma bunun üçün qaçışla məşğul olmaq ən ideal vasitədir. Daha çox yazdıqca əsəblərim daha çox pozulur. Keçək növbəti qrupa.

Beynini böyüdən çox az insan var. Onlar da digər insanlar tərəfindən təqib olunur, axmaq hesab olunur. Ala, başqa işin gücün yoxdur, mən ölüm bu kitab sənə nə verəcək ? Özü oxumur, sənə də gic – gic suallar verir. Bir də nəyi başa düşmürəm. Jurnalistlərə bənzəyən qeyri – peşəkar adamlar var ki, mən onlara zurnalist deyirəm. Guya ki savadları qıcqırıb, özləri hər şeyi bilirlər. Düşürlər küçələrin canına, camaata axmaq – axmaq suallar verirlər. Sonra da kimsə təpiyinin altına salıb ayaqlayanda jurnalist toxunulmazlığından danışır.
Ay valideynlər, baxın sizdən xahiş edirəm, dəfələrlə , dönə - dönə rica edirəm, fırlana – fırlana yalvarıram, övladınıza 70 manatlıq köynək, 700 manatlıq planşet alanda 7 manatlıq da kitab almayın. Debil övlad böyütməyin. Məntiqli davranın. Baxın, xahiş etdim a.
Gənclər, beyninizi böyüdün, oxuyun , çalışın. Zamanın qədrini bilin. Azərbaycanın yeni Topçubaşovlara, Lütfüzadələrə, Axundovlara, Cəfər Cabbarlılara ehtiyacı var .

Nicat Həşimzadə


Xəbəri paylaş

9438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___