Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkləri təhqir edən şairə Aqil Acalovdan sərt cavab:''Əslini danan haramzadədir''
Tarix: 08-12-2016 | Saat: 23:03
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Türkləri təhqir edən şairə Aqil Acalovdan sərt cavab:''Əslini danan haramzadədir''

"Xəbəraz.az "-a açıqlama verən Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov bildirdi ki,şeirdən uzaq, poeziyadan uzaq olan bu şairciyin özünü gündəmə gətirmək üçün yazdığı bu təhqir dolu ifadələrə diqqət yetirmək, əslində onu gündəmə gətirməkdən başqa bir şey deyil. Amma tariximizə, soy-kökümüzə qarşı belə sayaqlamalara, alçaldıcı ifadələrə qarşı laqeyd qalmaq da mümkün deyil. Məsəl var, əslini danan haramzadədir. Bu şaircik də əslini, kökünü, türklüyünü danırsa, ona nə söyləmək olar ki?! Yazdıqları bir qəpiyə dəyməyən, kimsənin tanımadığı şairciyəmi qalıb görəsən, dünyanı lərzəyə salan türklərin, dünyanı idarə edən türklərin adını mundar ağzına almaq? Nəinki Biləcəridən o tərəfə, heç Biləcəridən bu tərəfə də tanınmayan, elə "it dəftərində" də adı-sanı olmayan birinin tarixinə, keçmişinə sahib çıxanları, turançıları köpək adlandırmağı gündəmə gəlmək arzusundan başqa bir şey deyil zənnimcə. İt itliyi ilə yediyi qaba pisləməz. Amma bu şaircik yaşadığı ölkəyə, xalqa, türk oğullarına təhqirli ifadələr seçirsə, özünün köpəkdən fərqi yoxdur nəzərimdə!

Qeyd edək ki,bu misralar şair Salam Sarvan tərəfindən Facebook sosial şəbəkəsində paylaşılıb. Şair tərəfindən türklərin bu cür təhqir olunması, alçaldılması bir çox insanların qəzəbinə səbəb olmuşdur.

Türkləri təhqir edən şairə Aqil Acalovdan sərt cavab:''Əslini danan haramzadədir''


Xəbəri paylaş

4 4098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___