Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yanan Binanın sakinləri BİR həftəyə evlərinə dönəcəklər
Tarix: 02-06-2015 | Saat: 18:14
Bölmə:M / Karusel / İqtisadiyyat / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Yanan Binanın sakinləri BİR həftəyə evlərinə dönəcəklər

Nazirlər Kabinetinin 1 iyun 2015-ci il tarixli 144 saylı sərəncamı əsasında aprelin 10-da Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanında yanğın baş verən doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı mənzillərində əmlaklarına, əşyalarına zərər dəymiş 60 ailənin hər birinə 15 min manat maddi yardım göstəriləcək.


Xeberaz.az
xəbər verir ki, bunu APA-ya açıqlamasında Xətai rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Zaməddin Əkbərov söyləyib.

Z. Əkbərov deyib ki, binada 111 mənzil olub, yanğın zamanı 60 mənzilə ziyan dəyib. Maliyyə Nazirliyinin nəzərdə tutulan 900 min manat vəsaitinin bu gün Xətai rayon İcra Hakimiyyətinə ayıracağı gözlənilir: “Həmin sakinlərin adlarına Kapital Bankın 1 saylı filialında hesab açılıb. Vəsait onların hesablarına köçürüləcək. Vətəndaşlara məlumat veriləcək, onlar bankdan həmin vəsaiti götürə biləcəklər”.

Z. Əkbərov bildirib ki, hazırda yanğından zərər çəkmiş mənzillər bərpa olunur, binanın fasadı da təmir olunur: “Artıq fasadda tamamlama işləri gedir. Mənzillərdə də əsaslı təmir işləri aparılır. Çox güman ki, 1 həftə müddətində əsaslı təmir başa çatdırılacaq və sakinlər evlərinə dönəcəklər”.

Xətai rayon İcra Hakimiyyətinin rəsmisi onu da nəzərə çatdırıb ki, yanğın zamanı sakinlərin yanmış sənədlərinin bərpası məqsədi ilə bu gündən “Asan xidmət”in səyyar xidmət təşkil edəcək avtobusu olacaq və sakinlərin sənədlərinin bərpa işləri aparılacaq: “Eyni zamanda həmin mənzillərin sakinlərinin elektrik, qaz, su və digər kommunal xidmətlərlə bağlı borcları müvafiq qurumlar tərəfindən silinəcək”.

Qeyd edək ki, yanğın baş verəndən sonra aprelin 11-də 60 ailənin hər birinə 500 manat kirayə pulu verilib. Binanın fasadı və yanğından zərər çəkmiş mənzillər dövlət hesabına əsaslı təmir olunur.
[media=https://youtu.be/e5eQLLHbeHM]


Xəbəri paylaş

6768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___