Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Alimlər: Marixuana çəkmək qurddan azad edir
Tarix: 02-06-2015 | Saat: 17:49
Bölmə:M / Karusel / Gündəm / Maraqlı / M2 / Fotogalereya | çapa göndər

Alimlər: Marixuana çəkmək qurddan azad edir
Piqmeylər narkotiki tibbi məqsədlərlə istifadə edirlər.

Marixuana çəkmək Afrika ovçularına bağırsaq qurdu ilə mübarizədə yardım edir. Beləliklə, piqmeylər narkotiki onun terapevtik səmərəsini bilmədən tibbi məqsədlə istifadə edirlər.

Xeberaz.az lenta.ru-ya istinadən xəbər verir ki, “American Journal of Human Biology” jurnalında məqalənin müəllifləri Amerika alimləri belə qərara gəliblər. Tədqiqat barədə qısa məlumat Vaşinqton ştatının Universitetinin press-relizində xəbər verilib.

Antropoloq Ed Heyqen (Ed Hagen) piqmeylərin Lobave çayı hövzəsində (Mərkəzi Afrika Respublikası) yaşayan Aka tayfasının bütün yaşlı üzvlərini yoxlayıb. Qanın THCA analizi (marixuananın aktiv tərkibinin orqanizmdə həllinə mane olan maddə) göstərib ki, kişilərin 70 faizi, qadınların isə 6 faizi çətənə çəkir. Tədqiqatlar bu qrupun üzvlərinin orqanizmlərində parazitlərin daha az olmasını meydana çıxardı. Bundan başqa, bir illik antigelmintik ilə müalicədən sonra yenidən aparılan analizlər nəticəsində marixuana həvəskarlarında parazitlərə yoluxmanın daha ləng getdiyi aşkar edildi.

Heygen ehtimal edir ki, primitiv həyat tərzi sürən və qərb mədəniyyətindən uzaq olan xalqlar zəhərli bitkiləri (o cümlədən də marixuananı) tibbi məqsədlərlə istifadə edə bilərlər.

“İnsanlarda duzun dadına olduğu kimi, parazitləri öldürdükləri üçün psoxoaktiv toksinli bitkilərə də meyl ola bilər. Belə davranış (acı zəhərli bitkiləri çeynəmək) heyvanlarda daha tez-tez rast gəlinir. Bir çox bioloqlar əmindirlər ki, onlar bu yolla bağırsaq qurdunu öldürürlər”, - alim izah edir.

Alimlər akaların çətənəni nə vaxtdan çəkməyə başladıqlarını və ümumiyyətlə, bu bitkinin Afrikaya nə vaxtdan düşdüyünü deməkdə çətinlik çəkirlər. Marixuana ilə afrikalıları hindlilərin bizim eranın birinci əsrində tanış etdikləri fikri var, amma bunun Avropa kaloniyaçıları tərəfindən XVII-XVIII əsrlərdə etdikləri ehtimal edilir.


Xəbəri paylaş

2 7138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___