“Aprel döyüşləri bizim şanlı tariximizdir” - Prezident
Tarix: 04-12-2016 | Saat: 10:33
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
“Ermənilər əlverişli mövqelərini tərk edərək qorxudan qaçıb gizlənmişdilər”
"Xəbəraz.az "-ın “Azertac”a istinadən xəbərinə görə, bunu prezident İlham Əliyev Tərtərə səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Dövlət başçısı aprel döyüşləri zamanı Azərbaycan Ordusunun da, Azərbaycan vətəndaşının da qəhrəmanlıq göstərdiyini vurğulayıb: “Ordumuz düşmənin hücumuna cavab olaraq hərbi qələbə qazanıb. Azərbaycan Silahlı Qüvvələrinin əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı keçirərək həm bu istiqamətdə, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində - indiki Ağdərə rayonunda, eyni zamanda, Cəbrayıl, Füzuli istiqamətlərində böyük ərazini işğalçılardan azad edib. Ermənilərin uzun illər öz ordusu haqqında yaydıqları mif darmadağın edildi. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir. Ermənilər əlverişli mövqelərini tərk edərək qorxudan qaçıb gizlənmişdilər. Onların kəndlərində yaşayan insanların sayı getdikcə azalır. Ancaq Tərtərdə, Ağdamda bir nəfər belə yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır. Bu, bir daha xalqımızın ucalığını göstərir”.
Prezident İham Əliyev bildirib ki, Azərbaycan bu döyüşlərdə nəinki öz gücünü göstərdi, düşmənə və dünyaya bir daha sübut etdi ki, biz indiki vəziyyətlə heç vaxt barışmayacağıq: “Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Şuşa da, Xankəndi də, hələ ki, işğal altında qalan digər bütün torpaqlar da”.
“Bizim tarixi coğrafiyamız çox geniş olub”, - deyən dövlət başçısı İrəvanın, Göyçənin, Zəngəzurun da Azərbaycanın tarixi torpaqları olduğunu qeyd edib.
Xəbəri paylaş
6408 dəfə oxunub.
Digər xəbərlər

21-02-2017, 14:55
8 aylıq uşaq anasının həyatını xilas etdi - fotolar
16-05-2016, 11:15
KİV: NATO bazalarından istifadə edə bilməyəcək
29-03-2015, 17:09
Britaniya imamları İŞİD-ə qarşı onlayn jurnal yaradıb.
30-06-2020, 11:08
Bu gün Dağlıq Qarabağla bağlı müzakirə aparılacaq
23-12-2021, 11:10
Nüşabə Ələsgərli həyat yoldaşı ilə TOYDA - FOTOlar
29-04-2017, 13:07
"Kimin artıq arvadı varsa, qardaşına versin" - Mingəçevir axundu - VİDEO
19-07-2017, 22:39
Natavan gəlin köçür - Foto+Video
16-08-2018, 20:01
Qurban ətini doğru bişirməyin ÜSULLARI - Həkim məsləhəti
5-05-2015, 00:45
Gənclər Aytaca belə dəstək verdi