Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aqil Acalov "Sinerji" Forumda vətənpərvərlik mövzusunu qabartdı
Tarix: 02-12-2016 | Saat: 23:46
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Aqil Acalov "Sinerji" Forumda vətənpərvərlik mövzusunu qabartdı

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Daha yaxşı sabah üçün” layihəsi çərçivəsində Bakı şəhərində “SİNERJİ” Forumu keçirilib.
"Xəbəraz.az " xəbər verir ki,forumda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər Təşkilatları ilə İş sektorunun məsləhətçisi Rahu Şirinova, Qeyri-hökümət Təşkilatlarına Dövlət dəstəyi şurasının katibi Nərgiz Eyvazova, üzvü Anar Xəlilov, Azərbaycan Gənclər Fondunun sektor müdiri Vüsalə Niftəliyeva, İRƏLİ İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, Alpaqut Federasiyasının prezidenti Aqil Acalov və digər aparıcı gənclər təşkilatlarının və QHT-lərin rəhbər şəxsləri, özəl sektor nümayəndələri və fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Odlar Yurdu” GİB-in sədri Nigar Ələsgərova forumun mahiyyəti,məqsədi haqqında məlumat verib: "İlk dəfə bu mövzuya həsr olunmuş layihəni icra etməkdə əsas məqsədimiz QHT-lərlə biznes və özəl qurumların əməkdaşlığını təbliğ etmək, bu sahəyə diqqəti artırmaq, mövcud sahədə problemlərin müzakirəsi və həlli istiqamətində təşəbbüslərin irəli sürülməsinə nail olmaq, maarifləndirmə işlərini həyata keçirməkdir".
Daha sonra çıxış edən natiqlər forumun bir ilk olduğunu, ən aktual problemlərdən biri olduğunu və QHT-lərlə digər qurumların əməkdaşlığı istiqamətində yeni bir addım və istiqamət olduğunu bildiriblər.
Forumda çıxış edən Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov öz təcrübəsindən söz açaraq təkliflərini təqdim edib: "İlk növbədə, belə bir forumun keçirilməsinə görə layihə rəhbəri Nigar Ələsgərovaya minnətdarlığımı bildirirəm. Doğrudan da, biznes və QHT əməkdaşlığı aktual mövzudur. Ümumiyyətlə, son dövrlərdə gənclərin vətəndaş cəmiyyəti institutunun inkişafında rolları önəmlidir. Həmçinin bu məsələdə dövlətin dəstəyi də danılmaz faktorlardandır. Dövlətimiz gənc kadrların yetişməsi üçün, təhsil, idman, və digər sahələrdə gənclərin hərtərəfli özlərini göstərmələri üçün hər cür imkan yaradıb. Şəxsən öz adımdan deyə bilərəm ki, əgər bu gün müəyyən uğurlarım varsa, bunun təməlində dövlətimizin yaratdığı bu imkanların da önəmi böyükdür. Mən Federasiyamızın keçdiyi inkişaf yoluna nəzər salanda görürəm ki, ilk vaxtlar biz də çətinliklər çəkirdik, şirkətləri, biznes adamlarını tədbirlərimizə sponsor olmağa çətinliklə razı salırdıq. Amma biz usanmırdıq, seminarlar təşkil edirdik, Alpaqut idman növünün kökü, təməli olan tariximizi, mədəniyyətimizi gənc nəslə aşılamağa çalışırdıq, keçmişimizə sahib çıxırdıq və bu da insanların diqqətini çəkməyə başladı".
Aqil Acalov QHT-lərin layihələri arasında vətənpərvərliyin təbliği, tariximizin araşdırılması sahələrini əhatə edən proyektlərin azlığından da narazılığını dilə gətirib: "Vətənpərvərlik, dövlətçilik, vətəndaş cəmiyyətinin inkişafı mövzusunda layihələrin keçirilməsi biznes qurumlarının da marağında olacaq. Çünki biz mərd xalqıq, vətənpərvər xalqıq. Ulu öndərin də söylədiyi kimi, Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir. Əminəm ki, biznes nümayəndələri də tariximizə, dövlətçiliyimizə sahib çıxan layihələrdə fəallıqla iştirak edəcəklər".
Alpaqut Federasiyasının prezidenti bəzi QHT-lərin düzgün işləməməsinin digər şəffaf işləyən QHT-lərə problem yaratdığını da vurğulayıb: "Bu gün bütün dünya üzrə iş adamlarımız var, onların ölkəmizə və Vətəndaş Cəmiyyətinin formalaşması institutuna dəstək olmaları xüsusi əhəmiyyətə malikdir. Amma bir çox hallarda onlar bu məsələlərə biganə yanaşırlar. Əslində onları qınamaq da düzgün deyil. Çünki inam, güvən önəmli şərtdir. Çox təəssüf ki, bu inamdan sui-istifadə edən QHT-lər də mövcuddur. Və təbii ki, bunu digər qeyri-hökumət təşkilatlarına da şamil etmək olmaz. Bu gün hər şeyi dövlətdən gözləmək də düzgün deyil. Vətəndaş olaraq ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında hər birimizin üzərinə böyük məsuliyyət düşür. Odur ki, vətəndaş cəmiyyəti təsisatının gücləndirilməsi üçün, uğurlu bir sabah üçün bu iş birliyi önəmlidir".

Aqil Acalov "Sinerji" Forumda vətənpərvərlik mövzusunu qabartdı
Aqil Acalov "Sinerji" Forumda vətənpərvərlik mövzusunu qabartdı
Aqil Acalov "Sinerji" Forumda vətənpərvərlik mövzusunu qabartdı
Aqil Acalov "Sinerji" Forumda vətənpərvərlik mövzusunu qabartdı
Aqil Acalov "Sinerji" Forumda vətənpərvərlik mövzusunu qabartdı
Aqil Acalov "Sinerji" Forumda vətənpərvərlik mövzusunu qabartdı



1 1168 dəfə oxunub.

Digər xəbərlər
20-07-2017, 14:34 Sabahın HAVAsı

bütün xəbərlər
____ Instagram ___