Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çempion gənclərlə bir arada - Foto
Tarix: 02-12-2016 | Saat: 10:56
Bölmə:M / Karusel / İdman / Gənclərimiz | çapa göndər

Çempion gənclərlə bir arada - Foto
Nərimanov rayon gənclərinin Azərbaycanın Əməkdar İdman Ustası, ikiqat Paralimpiya Oyunları, ikiqat dünya və altıqat Avropa çempionu İlham Zəkiyev ilə görüşü keçirilib.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında "Açıq söhbət" layihəsi çərçivəsində Azərbaycanın Əməkdar İdman Ustası, ikiqat Paralimpiya Oyunları, ikiqat dünya və altıqat Avropa çempionu, 2015 Avropa Oyunlarının qalibi, 6-cı dan sahibi, Qarabağ qazisi İlham Zəkiyev ilə Nərimanov rayon gənclərinin görüşü keçirilib.

İH-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, görüşdə rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək İ. Zəkiyevin həyat və fəaliyyəti haqda danışıb.

İ. Zəkiyev ölkəmizdə həyata keçirilən uğurlu siyasət və onun nəticələri barədə, ölkədə kütləvi idmanın geniş vüsət almasındanməlumat verib. O, qeyd edib ki, Azərbaycan idman dövlətidir. Bunu dünyanın bütün idman ictimaiyyəti bilir, qəbul edir.

Sonda beynəlxalq arenalarda yüksək səviyyədə təmsil etdiyinə və gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında göstərdiyi xidmətlərə görə çempion “Gənclərin dostu” adlı Fəxri Fərmanla təltif olunub.
Çempion gənclərlə bir arada - Foto
Çempion gənclərlə bir arada - Foto


Xəbəri paylaş

7938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___