Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Anar Nağılbaz şayiələrə cavab verdi (FOTO,VİDEO)
Tarix: 02-06-2015 | Saat: 13:34
Bölmə:M / Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər

Anar Nağılbaz şayiələrə cavab verdi (FOTO,VİDEO)
"Çex televiziyasına qaçqınlar haqqında çəkəcəyim veriliş barədə müsahibə vermişəm"
"Mən müalicə və istirahətdəyəm, heç kimə məlumat verməyə həvəs-halım yoxdur. Məni yaxından tanıyanlar bilir vəziyyətimi, bəsimdir. Çex televiziyasında qaçqınlar haqqında çəkəcəyim veriliş barədə müsahibə verərkən kadrda yer almışam. Babalı yozanların boynuna! Fikir versəniz, verilişdə də 1-2 bənd sadəcə rep deyirəm. O da dostların xahişi ilə".

Xeberaz.az -in məlumatına görə, bu açıqlamanı Çexiyada siyasi sığınacaq istəməsi xəbərləri yayılan məşhur repçi Anar Nağılbaz verib.

Yerli mətbuatda dünən Azərbaycan repinin atası kimi tanınan Anar Nağılbazın ölkəni tərk etdiyi, Çexiyada siyasi sığınacaq istəməsilə bağlı xəbərlər yayılmışdı. Məşhur repçinin Çex televiziyasına müsahibə verərkən görüntüləndiyi video da paylaşılmış, hazırda onun qaçqınların müvəqqəti saxlanma mərkəzində olduğunu yazılmışdı.

Xatırladaq ki, Anar Nağılbaz sabiq millət vəkili Rizvan Cəbiyevin oğludur. Ailəlidir, iki övladı var.

1974-cü il mart ayının 28-də Bakı şəhərində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb və 1990-cı ildə ilk dəfə Yaltada "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" repini ifa edib. Anar Cəbiyev 2 iyul 2012-ci ildə Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin əmri ilə Bakının Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının direktor müavini vəzifəsinə təyin olunub.




Xəbəri paylaş

5368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___