Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"İlhamə qaça bilməsə də, hərəkət edəcək"
Tarix: 02-06-2015 | Saat: 13:26
Bölmə:M / Karusel / Gündəm / Şou-Biznes / M2 | çapa göndər

"İlhamə qaça bilməsə də, hərəkət edəcək"
Azad Rəhimov müğənninin Bakıda məşəl daşıyacaq 150 məşaldardan biri olacağını deyib
Xalq artisti, Primodonna adlandırılan sənətçi İlhamə Quliyevanın Avropa Oyunlarının məşəl daşıyanlarından biri olması barədə xəbər son günlər mətbuatda geniş müzakirəyə səbəb olub.

Xeberaz.az ANS PRESS-ə məlumat verir ki, bu məsələyə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən də (BEGOC) münasibət bildirilib.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov jurnalistlərin suallarına cavabında bildirib ki, İlhamə xanım Azərbaycanın çox hörmətli müğənnilərindən biridir və onun məşəl daşıması müsbət haldır:

“İlhamə xanım məşəli Bakıda daşıyacaq 150 məşaldardan biridir. Qaça bilməsə də, hərəkət edəcək. Ola bilər ki, primadonna 20-30 metr məşəli daşıdıqdan sonra estafeti digər məşəldara verəcək”, - deyə A.Rəhimov söyləyib.


Xəbəri paylaş

6898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___