Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elmar Məmmədyarov: "Azərbaycan Böyük Sülh Sazişi üzərində işə hazırdır"
Tarix: 02-06-2015 | Saat: 12:59
Bölmə:M / Karusel / Siyasət / M2 / Müsahibə | çapa göndər

Elmar Məmmədyarov: "Azərbaycan Böyük Sülh Sazişi üzərində işə hazırdır"
Nazir Ermənistanı sülhə vadar etmək lazım olduğunu deyib
"Bütün hüquq normalarını pozan Ermənistan Azərtbaycan ərazisində İrəvandan olan ali vəzifəli şəxslərin iştirakı ilə hərbi təlimlər keçirir. Həmçinin işğal olunmuş əraziləri Suriya və Livandan olan qaçqınlarla doldurmaq istiqamətində cəhdlər davam edir. Bütün bu uzaqgörən olmayan addımlar və mənfi elementlər münaqişənin sülh yolu ilə həlli prosesinə maneə törədir".

Xeberaz.az -ın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyada səfərdə olarkən “Nezavisimaya qazeta”ya müsahibəsində bildirib.

XİN rəhbəri deyib ki, Ermənistan beynəlxalq hüquq normalarını, prinsiplərini və BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi təcavüz həyata keçirib. Nəticədə 20 faiz Azərbaycan torpaqları işğal altındadır, 1 milyondan çox azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb.

E.Məmmədyarov vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin başçılarının dediyi kimi, işğal və təcavüz nəticəsində yaranan status-kvo qəbuledilməzdir. Ermənistan ilk növbədə öz qoşunlarını işğal olunmuş torpaqlardan çıxarmalıdır. Bizim mövqeyimizin siyasi və hüquqi əsasında beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, BMT TŞ-nin 4 qətnaməsi və digər beynəlxalq sənədlər dayanır. BMT TŞ-nin 4 qətnaməsinə əsasən Ermənistan Silahlı Qüvvələri dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Təəssüf ki, bu tələblər 20 ildir yerinə yetirilmir. Ermənistan bunlardan imtina edir”.

Nazir ötən ilin prezidentlərin görüşü baxımından danışıqlar prosesində intensiv il olduğunu qeyd edib: “ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri dövlət başçıları qismində bu işdə aktiv iştirak ediblər. Ötən ilin avqustunda Rusiya prezidenti Vladimir Putin Soçidə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş təşkil edib. Sentyabrda ABŞ dövlət katib Con Kerri, oktyabrın sonunda isə Fransa prezidenti Fransua Olland prezidentlər arasında görüş keçirib. ATƏT-in Minsk Qrupu həmsədrlərinin Böyük Sülh Sazişi üzərində işə başlamaqla bağlı təkidli çağırışlarına baxmayaraq, proses heç cür ölü nöqtədən tərpənə bilmir. Ermənistan bütün çağırışlardan imtina edir. Azərbaycan dəfələrlə Böyük Sülh Sazişi üzərində işə başlamağa hazır olduğunu bəyan edib. Hesab edirik ki, bu münaqişənin həlli istiqamətində irəliləyiş əldə etmək üçün ATƏT-in Minsk qrupu həmsədrləri və onların sülhyaradıcı missiyaları Ermənistanı sülhə vadar etməklə bağlı tədbirlər görməlidir. Bu günə kimi beynəlxalq nizamı pozanlara qarşı çoxsaylı bu kimi nümunələr göstərmək olar”.


Xəbəri paylaş

6728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___