Astaralı gəncdən Fransada böyük uğur - Foto
Tarix: 27-11-2016 | Saat: 11:04
Bölmə:M / Karusel / Gündəm / Gənclərimiz | çapa göndər
Fransanın paytaxtı Parisdə “İngilis dilinin tədrisində yeni zirvələr fəth edək” mövzusunda keçirilən 35-ci TESOL konfransında astaralı gənc müəllim ölkəmizi uğurla təmsil edib.
AzərTac xəbər verir ki, 20-dən çox ölkənin iştirak etdiyi və altı gün davam edən beynəlxalq tədbirə Cənubi Qafqazdan yalnız Azərbaycan qatılıb.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkəmizi konfransda təmsil edən iki müəllimdən biri, Astara rayonunun Suparibağ kənd tam orta məktəbinin ingilis dili müəllimi Kəmalə Nəsirova olub.
Beynəlxalq tədbirdə həmyerlimizin “Effektiv dinləmə və tənqidi təfəkkür” mövzusunda çıxışı razılıqla qarşılanıb.
K.Nəsirova diqqətə çatdırıb ki, konfransda həmkarı Ruhiyyə Mahmudova ilə birlikdə təhsil sahəsində əldə etdikləri təcrübəni tədbir iştirakçıları ilə paylaşıb.
Avropanın nüfuzlu ölkəsində keçirilən beynəlxalq tədbirdə Azərbaycanı təmsil etməkdən qürur hissi keçirdiyini vurğulayan K.Nəsirova konfransda təhsil sahəsində ölkəmizin adının dünyanın inkişaf etmiş dövlətləri sırasında çəkilməsini təhsilimizin uğuru kimi dəyərləndirib: “Altı gündə bizə ən çox xoş təəssürat bağışlayan anlar ünsiyyət qurduğumuz ölkələrin nümayəndələrinin respublikamız haqqında müsbət fikirləri və Azərbaycana marağın yüksək səviyyədə olması idi”, - deyə həmsöhbətim bildirib.
Xəbəri paylaş
7838 dəfə oxunub.
Digər xəbərlər

28-09-2015, 13:55
Qurban bayramı ilə bağlı humanitar aksiya keçirilib
14-05-2023, 15:27
Sabah yağış yağacaq - PROQNOZ
21-01-2021, 08:47
Azərbaycan Ordusu Qarsda: İrəvan narahatdır? - Slutski
21-09-2017, 09:34
Prezident İlham Əliyev: "Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir"
21-09-2015, 14:43
Ziyafət Əsgərova ağır itki üz verib
8-10-2017, 10:37
"Məqsədimiz bölgədə sabitliyə nail olmaqdır"
3-09-2021, 16:16
Lənkəranda dəhşət - ata 9 yaşlı oğlunun başını kəsib, intihar etdi
23-12-2022, 13:06
Şənbə gününün HAVA PROQNOZU
23-08-2015, 00:03
Çinin şərqində Şandun əyalətində kimyəvi zavodların birində baş vermiş partlayış nəticəsində...
1-10-2016, 12:35
Appendisitindən əməliyyat olunan 22 yaşlı qız niyə öldü? - TƏFƏRRÜAT