Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uşaqlar cəmiyyətimizin sabahıdır
Tarix: 26-11-2016 | Saat: 22:28
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Uşaqlar cəmiyyətimizin sabahıdır


"Xəbəraz.az "-a açıqlama verən hüquqşünas bildirdi ki, uşaqların hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Uşaq hüquqları - qanunla və ya əxlaqi olaraq dünya üzərindəki bütün uşaqların doğuşdan sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısını birdən təyin istifadə edilən universal anlayışdır. Onlar fikir, vicdan, din azadlığına, rəyini ifadə etmək, şəxsi həyat hüququnun müdafiə olunmasına, müxtəlif mənbələrdən, informasiyalardan istifadə etmək, laqeyd rəftar hallarından qorunmaq, fiziki, əqli, mənəvi, əxlaqi, sosial inkişafı üçün lazımi şəraitə, istirahət, asudə vaxt və mədəni həyatda iştirak etmək və s. hüquqlara malikdirlər.

Hazırda uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən birinə çevrilib. Çünki müasir dünyada uşaq hüquqları ən müxtəlif şəraitlərdə pozulur. Evdə, məktəbdə, müəssisələrdə və ən nəhayət icmalarda uşaqlar fiziki, psixoloyi və cinsi təzyiqlərə məruz qalırlar. Nəzərə almaq lazımdır ki, uşaq hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin işidir. Qeyd edim ki, uşaqların hüquqlarının pozulması ilk növbədə ailədən başlanır. Sonrakı mərhələlərdə isə uşaq hüquqlarının pozulması daha geniş forma alır. Bu işdə əsas məsələ ondan ibarətdir ki, hər bir doğulan uşaq arzu olunan uşaq olsun. Əgər doğulan uşaq arzu olunan olmursa, elə buradaca onun hüquqları pozulmuş olur. Yəni uşaq hüquqlarının qorunmasına onun dünyaya gəlməsindən əvvəl başlanılmalıdır... Əgər ailədə oğlan və qız seçimi olursa, qız uşağı gözləniləndə ondan yaxa qurtarılırsa, artıq burada hüquqların pozulmasından söhbət gedir. Yaxud valideyn erkən yaşında qızını ərə verirsə, o qız uşağı hələ dünyanı dərk etmədən, ana məsuliyyətini anlamadan ana olmağa məcbur edilirsə, artıq onun hüququ pozulur. Çünki onun bir uşaqlıq dünyası məhv edilmiş olur. Əgər xalqımızın, dövlətimizin gələcəyini düşünürüksə, bu gələcəyin təminatçısı olan uşaq və gənclərin sağlam mühitdə yetişməsi qayğısına qalmalı, onların təlim-tərbiyəsi ilə ciddi məşğul olmalıyıq. Azərbaycan dövlətinin yeritdiyi siyasət ölkədə gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olan bugünkü uşaqların firavan həyatının, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının müdafiəsinə yönəlmişdir və bu istiqamətdə sistemli və ardıcıl şəkildə mühüm tədbirlər həyata keçirilməkdədir. Təbii ki, ölkəmizin iqtisadi imkanları artdıqca cəmiyyətin ən həssas və kövrək təbəqəsi olan uşaqlara diqqət və qayğı daha da yüksələcəkdir.

Qasimova Samira
Hüquqşünas


Xəbəri paylaş

1 2638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___