Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Deputat: Yeltsin bizdən tələb etdi ki, Qarabağa hücumu dayandıraq – VİDEO
Tarix: 02-06-2015 | Saat: 00:00
Bölmə:M / Karusel / Siyasət / M2 / Xəbəraz TV | çapa göndər

Deputat: Yeltsin bizdən tələb etdi ki, Qarabağa hücumu dayandıraq – VİDEO
“Yəni xristian forpostu ideyası indiyədək aktualdır?”.

Mayın 29-da Rusiyanın Dövlət Dumasında “Müasir şəraitdə Rusiya və Azərbaycanın qarşılıqlı fəaliyyətinin iqtisadi, maliyyə, siyasi, sosial aspektləri” mövzusunda dəyirmi masa keçirilib.

Xeberaz.az
inform-24.com-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin deputatı, parlamentin regional məsələlər üzrə komitəsinin sədri Arif Rəhimzadə dövlətlərarası münasibətlər və iki dövlətin qarşılıqlı faydalı tərəfdaşlığının vacibliyini qeyd edib.

Bununla yanaşı, o, Azərbaycan ictimaiyyətini narahat edən və Azərbaycanla Rusiyanın münasibətlərinə “xoşagəlməz çalar” qatan məqamlar barədə də fikir bildirib.
“Azərbaycanda bir çoxları anlaya bilmirlər ki, nə üçün hətta 21-ci əsrdə çar Rusiyasının xristian əhalisi müsəlman əhalidən üstün tutan irsi yoxa çıxmayıb?! Axı məhz bu səbəblərdən 19-cu əsrin əvvəlində İrandan Qarabağa 30 min erməni ailəsi köçürüldü.

Yəni, xristian forpostu ideyası indiyədək aktualdır? Bu problemdən dərindən danışmaq istəməzdim, lakin onu qeyd edim ki, 1993-cü ilin sonu, 1994-cü ilin əvvəlində bizim qoşunlarımız Fizuli rayonunun bir neçə yaşayış məntəqəsini azad etdikdə və irəlilədikdə, Yeltsindən ultimatum gəldi: “Hücumu dayandırın!”.

Mahiyyət etibarilə, o, erməni əhalisinin yaşamadığı işğal olunmuş torpaqların azad olunmasını dayandırmağı tələb etdi”, - deyə, deputat qeyd edib.

A.Rəhimzadənin sözlərinə görə, ikinci məqam Rusiyanın maraqlar dairəsinə daxildir.

“Azərbaycanda dənizdə neft yataqlarının işlənilməsi üzrə müqavilələr bağlanılarkən bu yataqların işlənilməsi üçün böyük neft avadanlıqlarının daşınması qapılarını üzümüzə bağladılar. Volqa-Don kanalı üzümüzə bağladı. Bu Yeltsinin vaxtında baş vermişdi. 20 ildən çox vaxt ötüb amma məsələ hələ də həllini tapmayıb.

Bax bunlar bizim münasibətlərimizə xoşagəlməz çalar qatan həmin məqamlardır”, - deyə, deyə Azərbaycan parlamentinin deputatı bildirib.



Xəbəri paylaş

5868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___