Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"3 il sonra neft 100 dollar olacaq" - Natiq Əliyev
Tarix: 24-11-2016 | Saat: 12:25
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

"3 il sonra neft 100 dollar olacaq" - Natiq Əliyev

“Gələn ildən etibarən dünyada neftə tələbatın tədricən artması ilə neftin qiyməti də artmağa başlayacaq. 2017-ci ildə dünyada neftə gündəlik tələbatın 95 milyon 300 min barrel olacağı, 2020-ci ildə isə ABŞ iqtisadiyyatının sağlamlaşdırılması prosesinin davam etdirilməsi, Avropa, eləcə də inkişaf etmiş ölkələrdə iqtisadi artımın bərpası hesabına neftə tələbatın təxminən 2014-cü ildəki səviyyəyə çatacağı ehtimal edilir. Proqnozlara əsasən, 2020-ci ilin ortalarında neftin barrelinin 100 dollar olduğu dövrə qayıtmaq mümkün olacaq”.
"Xəbəraz.az "xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev "Respublika" qəzetində dərc edilmiş məqaləsində qeyd edib.
O deyib ki, enerji istehsalının artımını tələb edən faktorların əhalinin artması və dünyada qlobal iqtisadi aktivliklə şərtləndiyini nəzərə alsaq, növbəti onilliklərdə neftə tələbatın - nəticədə isə qiymətin də yüksələcəyini proqnozlaşdırmaq olar:
“Əhali sayının artması prosesi 2035-2040-cı illərdə neftə olan tələbatı maksimum səviyyəyə qaldıracaq. 2010-cu ildən 2040-cı ilədək dünya əhalisinin sayının təqribən 30 faiz artması isə qlobal ÜDM-in də, təxminən, 140 faiz yüksələcəyini vəd edir. “Brukinqs” institutunun hesablamalarına görə, 2010-2030-cu illərdə 2,8 milyard əhali orta təbəqə səviyyəsinə yüksələcək və onların demək olar ki, hamısı inkişaf edən ölkələrdə yaşayacaqlar. Çin, Hindistan və əsas inkişaf edən ölkələr birlikdə nəzərdə tutulmuş orta təbəqə artımının 80 faizini təşkil edir. Eləcə də, təxmin edilir ki, 2040-cı ilə qədər enerji daşıyıcılarına olan qlobal tələbat üzrə artım əsasən inkişaf etməkdə olan ölkələrin payına düşəcək. Çünki bu ölkələrin enerji istehlakı təxminən 70 faizə yüksələcək. Enerji daşıyıcıları üzrə qlobal tələbatın yarısının Çin və Hindistanın payına düşəcəyi gözlənilir.
Qlobal iqtisadiyyatın inkişaf tendensiyaları göstərir ki, dünya enerji xammalının, birinci növbədə karbohidrogen ehtiyatlarının daha böyük həcmlərinə ehtiyac duyacaqdır. Gözlənti belədir ki, qlobal neft tələbatı 2040-cı ildə 40 faiz artaraq, gündəlik 109,4 milyon barrel təşkil edəcək. 2040-cı ildə dünya enerji istehlakında təbii yanacağın payı 77 faizə yüksələcək. Burada təbii qazın xüsusi çəkisi 27 faiz, neft 26 faiz, kömür isə 24 faiz təşkil edəcək. Enerji tələbatında bərpa olunan enerjinin payı 17 faizə, nüvə enerjisinin payı isə 6 faizə çatacaq. Bu da söyləməyə əsas yaradır ki, enerji resusları istehlakının ümumi strukturunda neft-qaz hələ uzun müddət öz üstünlüyünü qoruyub saxlayacaq”.
Nazirin sözlərinə görə, qlobal neft tələbatının sektorlar üzrə ən böyük artım tempi avtomobil yolları nəqliyyatında baş verəcək. Avtomobil yollarında neft istifadəsi gündəlik 47,8 milyon barrelə çatacaq: “Proqnozlaşdırılan müddətdə əhalinin sayı artdığına və inkişaf edən ölkələrdə yaşayan insanların daha çoxunun maşın almaq imkanı olduğuna görə, avtomobillərin sayının 2010-cu ildəki 800 milyondan 2040-cı ildə təqribən 2,1 milyard olmaqla, iki dəfədən çox artacağı gözlənilir. Bununla belə, avtomobillərin yanacaqdan daha səmərəli istifadəsi mühüm məsələ kimi diqqəti cəlb edir. Belə ki, “ExxonMobil” şirkətinin bu sahədə çalışan ekspertlərinin fikrincə, 2040-cı ilə qədər hibrid avtomobillərin sayı qlobal miqyasda mövcud olan az yükgötürmə qabiliyyətli maşınların 35 faizini təşkil edəcək. Avtomobillərin orta istismar səmərəliliyinin 2010-cu ildəki hər 100 km üçün 9,8 litrdən 5,1 litr yanacaq həddinə düşəcəyi gözlənilir. Neftə olan tələbat kommersiya nəqliyyatında artım və kimya sənayesində ilkin xammala olan ehtiyacla əlaqədar 30 faiz yüksəlməklə, onun bir nömrəli enerji mənbəyi olaraq qalacaqdır. Əsas neft məhsulları arasında, dizel və aviasiya yanacağının kəskin surətdə artması, benzinin isə əsasən sabit qalması gözlənilir”.


Xəbəri paylaş

6828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___