Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Saakaşviliyə vəzifə verildi
Tarix: 31-05-2015 | Saat: 12:05
Bölmə:M / Karusel / Siyasət / M2 / Müsahibə | çapa göndər

Saakaşviliyə vəzifə verildi
O, qubernatoru olduğu şəhərdə ilk islahatlara başladı
Ukrayna prezidenti Petro Poroşenko Gürcüstanın eks prezidenti Mixail Saakaşviliyə vəzifə verib.

Xeberaz.az -ın məlumatına görə, Poroşenko Odessa vilayəti dövlət administrasiyasının başçısının Saakaşvilinin təyin olunması barədə qərar imzalayıb. Bu barədə "Ria Novosti" xəbər verir.

“Mixail Saakaşvili Odessa vilayəti dövlət administrasiyasının başçısı təyin olunsun”, - deyə qərarda bildirilir.

Dünən qərarının təsdiqi kimi Poroşenko Saakaşvilini Odessanın yeni başçısı kimi ictimaiyyətə təqdim edib.

“Mən Odessa və bölgədə daha yaxşı yollar görmək istərdim. Biz bunu ilk prioritet edəcəyik. Mən çox istərdim ki, artıq bir ildən sonra insanlar daha yaxşı yaşadıqları barədə dillənə bilsinlər. Bu Odessa vilayəti administrasiyasının yeni təyin olunmuş başçısı, Ukraynanın dostu qarşısında qoyduğum ilk öhdəliklərdir... Bu insanın adı- Mixail Saakaşvilidir”- deyə Poroşenko bildirib.

Bundan əlavə, eks Gürcüstan prezidentinin vətəndaşlığa qəbul olunması barədə də qərara Poroşenko imza atıb.

Mixail Saakaşvilinin artıq ilk tapşırıqlar verməsi barədə xəbərlər gəlir. O, Odessa şəhərinin saytının təkmilləşdirilməsini tapşırıb.


Xəbəri paylaş

7948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___