"Trampa vaxt verin"
Tarix: 20-11-2016 | Saat: 13:40
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
ABŞ prezidenti Barak Obama Latın Amerikasına və bütün dünyaya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa vaxt verməyə çağırıb.
APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Peruda keçirilən Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Sammitində çıxış edən B. Obama deyib ki, D. Trampa bütün məsələləri öyrənmək və onun administrasiyasının hansı strategiyanı həyata keçirəcəyini müəyyən etmək üçün gözləmək lazımdır.
B. Obama siyasətçilərin seçkiqabağı kampaniyada bəyan etdiklərinin çoxunun heç də həmişə onların ölkəni idarə etmək metodları ilə üst-üstə düşmədiyini vurğulayıb: "ABŞ-da yeni administrasiyanın səlahiyyətlərinin icrasına başlamasını gözləyin. Bundan sonra yeni administrasiya ilə beynəlxalq ictimaiyyətin dünyanın rifah içərisində yaşaması ilə bağlı maraqlarının üst-üstə düşüb-düşmədiyi barədə nəticə çıxara bilərsiniz".
Qeyd edək ki, ABŞ-da noyabrın 8-də keçirilən prezident seçkilərində qalib gələn D. Tramp və administrasiyası səlahiyyətlərinin icrasına 2017-ci il yanvarın 20-də başlayacaq.
Xəbəri paylaş
6028 dəfə oxunub.
Digər xəbərlər

17-03-2017, 10:39
Erməni general ağır yaralandı - Qarabağda
29-02-2016, 14:19
Moskvada dəhşət: Dayə uşağın başını kəsib “Allahu Əkbər” qışqırdı - YENİLƏNİB-FOTO-VİDEO
25-01-2019, 11:18
Siyavuş Aslanın oğlu sığınacağa yerləşdirildi - VİDEO
11-01-2016, 10:52
"O səs Türkiyə"də azərbaycanlıların gecəsi - videolar
1-08-2017, 12:56
Dollar niyə sürətlə ucuzlaşır? - Ekspert
30-09-2015, 23:34
AMEA vitse-prezidenti Qazaxıstana səfər edəcək
25-07-2021, 15:54
Bu vitamin arıqlamağa kömək edir
8-08-2016, 21:56
"Pokemon Go" oyunu bir nəfərin ölümünə SƏBƏB OLDU
1-04-2016, 13:48
Hava yenə pisləşəcək
14-10-2018, 19:40
Sabahın HAVAsı - 21 dərəcə isti olacaq