Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlqar Məmmədovun şikayəti təmin edilmədi - Həbsdə qaldı
Tarix: 18-11-2016 | Saat: 12:37
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

İlqar Məmmədovun şikayəti təmin edilmədi - Həbsdə qaldı
Bu gün Ali Məhkəmədə “REAL” Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Musavat Partiyası başqanının müavini Tofiq Yaqublunun barələrində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılacaq.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərarın elan olunacağı gözlənilir.

Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

T.Yaqublu bu il əfvlə azadlığa buraxılıb.

***

Məhkəmə prosesi İlqar Məmmədovun iştirakı olmadan keçirilib. “Qafqazinfo” xəbər verir ki, hakimin qərarı ilə kasassiya şikayəti təmin edilməyib.


Xəbəri paylaş

5458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___