Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics
MM: "Avropa Parlamenti ilə əlaqələrin bərpası anti-Azərbaycan dairələrini narahat edir"
Tarix: 15-11-2016, 19:37 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

MM: "Avropa Parlamenti ilə əlaqələrin bərpası anti-Azərbaycan dairələrini narahat edir"


"Son dövrlərdə Azərbaycan Respublikasının Milli Məclisi ilə Avropa Parlamenti (AP) arasında əlaqələrin bərpa olunması və müsbət dinamika qazanması AP daxilində bəzi qüvvələri və bir sıra anti-Azərbaycan dairələrini narahat edir. Bu isə son nəticədə AP Plenar Sessiyasında qəbul edilməsi nəzərdə tutulan "Dünyada insan hüquqları və demokratiya və Avropa İttifaqının bu sahədəki siyasəti üzrə illik hesabat" adlı sənədə verilən bəzi düzəlişlərdə ölkəmizin adının qəsdən mənfi kontekstdə hallandırılmasında özünü büruzə verib. 2015-ci ili əhatə edən bu hesabat layihəsində ümumilikdə Azərbaycan ilə bağlı narahatlıq doğuran hər hansı fikir mövcud deyil. Lakin hesabat layihəsinə bir neçə deputat tərəfindən edilən 104 və 750 saylı düzəlişlər birbaşa ölkəmizə qarşı qərəzli olub və subyektiv xarakter daşıyıb".
"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, bu barədə Milli Məclisin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, bu ilin sentyabr ayında Azərbaycana səfər etmiş AP heyətinin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi və ikitərəfli münasibətlərimizə dair konseptual yanaşmanı avropalı parlamentarilərinin diqqətinə çatdırması AP ilə Milli Məclis arasında münasibətlərin bərpasına zəmin yaradıb: "Bu, eyni zamanda Azərbaycanın mövqeyinin AP-də daha aydın anlaşılmasına və ölkəmizlə hərtərəfli əməkdaşlığı dəstəkləyən qüvvələrin artmasına gətirib çıxarıb. Məhz bunun nəticəsi olaraq qeyd edilən düzəlişlər AP-nin öz üzvləri tərəfindən də müsbət qarşılanmayıb. Məsələ ilə bağlı Milli Məclis rəhbərliyi tərəfindən də müvafiq addımlar atılıb. O cümlədən, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri cənab Səməd Seyidov tərəfindən AP-nin Xarici Əlaqələr Komitəsinin sədri Elmar Broka, Avropa İttifaqı (Aİ)-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev tərəfindən avropalı həmkarı Səyyad Kərimə, Avronest PA-dakı nümayəndə heyətimizin rəhbəri Fuad Muradov tərəfindən təşkilatın həmsədri xanım Heydi Hautalaya məsələ ilə bağlı məktublar ünvanlanıb. Vaxtında atılmış addımlar və görülmüş qabaqlayıcı tədbirlər nəticəsində sözügedən düzəlişlər AP-nin Xarici Əlaqələr Komitəsinin iclasında dəstək görməyib və səsvermə ilə rədd edilib.

Bu hadisə bir daha göstərir ki, Aİ ilə Azərbaycan, o cümlədən AP ilə Milli Məclis arasında münasibətlərin hərtərəfli inkişafında maraqlı olan rasional qüvvələr artıq daha güclüdür. Həmçinin də Aİ və onun strukturları ilə münasibətlərimizin Azərbaycan prezidenti İlham Əliyevin müəyyən etdiyi xətt üzrə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün siyasi iradə qarşılıqlıdır".

2408 dəfə oxunub.
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___