Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aqil Acalov: Xoşqədəm Hidayətqızının səhvinə ATV cavabdeh deyil!
Tarix: 14-11-2016 | Saat: 15:41
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Aqil Acalov: Xoşqədəm Hidayətqızının səhvinə ATV cavabdeh deyil!

Alpaqut Federasiyasının prezidenti Aqil Acalov tele-aparıcı Xoşqədəm Hidayətqızı ilə bağlı yayılan videoya öz münasibətini bildirib.

"Xəbəraz.az "-a acıqlamasında o ilk olaraq, demokratik bir ölkə olan Azərbaycanda söz azadlığı sahəsindəki mövcud qiyməti yüksək qiymətləndirib: "Bu gün ölkəmizdə fikir azadlığı var, demokratiya var. Sözə heç bir sərhəd yoxdur. Ölkə başçısı cənab İlham Əliyev də hər zaman çıxışlarında demokratiyanı və onun ümdə prinsiplərini, söz azadlığını, fikir azadlığını dəstəklədiyini dönə-dönə vurğulayır. Və bu azadlıqların qorunması üçün dövlətimiz tərəfindən gərəkli addımlar atılır. Bu gün televiziyalar da, mətbuat da bu söz azadlığından kifayət qədər bəhrələnirlər. Amma bəzən efirə xoş olmayan məqamlar da çıxır. Ayrı-ayrı şəxslər onlara verilən azadlıqlardan sui-istifadə edərək efirə yaraşamayan hərəkətlər sərgiləyirlər".

Aqil Acalov Xoşqədəm Hidayətqızının videosu ilə bağlı ATV kanalını təqsirləndirən insanlara da müraciət edib: "Bu xanım şou yaratmaq, insanların acısından tamaşa düzəldib reytinq toplamaq naminə yalançı gözyaşları ilə, saxta mimikaları ilə tanınır. Amma bu, nə ATV-nin, nə də başqa bir kanalın günahı deyil. Bu gün hər kəs bu olaya görə ATV kanalını günahlandırır. Amma ATV nə edib? Xoşqədəm Hidayətqızına imkan yaradıb ki, köməyə ehtiyacı olanlara yardım etsin, çarəsizlərin çarəsi olsun. Məgər ATV kanalı deyib ki, insanların acısından şou düzəlt, saxta göz yaşlarınla insanları efir qarşısına topla?".

Federasiya prezidenti ATV televiziyasının hər zaman çarəsizlərin yanında olduğunu, onların problemlərini işıqlandırdığını, bir çox sanballı sosial-iqtisadi-idman verilişləri ilə, xəbərləri ilə diqqət çəkdiyini də vurğulayıb: "ATV kanalı vətənpərvər ruhda hazırladığı materiallarla, sosial problemin həlli istiqamətində görülən işlərlə, idmana, mədəniyyətə qayğısı ilə tanınan, sevilən telekanallarımızdan biridir. Bu kanalın rəhbərliyinin hansısa bir aparıcının kadrarxası oyunlarından, artistliklərindən məlumatı olmaması normaldır. Bu səbəbdən günahlandırarkən obyektiv olmağımız lazımdır, təqsirin kimdə olduğunu araşdırmağımız lazımdır"



1 2978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___