Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu problem öz həllini tapacaq - İlham Əliyev
Tarix: 13-11-2016 | Saat: 12:56
Bölmə:M / Karusel / Siyasət / Qarabağdan xəbər var | çapa göndər

Bu problem öz həllini tapacaq - İlham Əliyev
Azərbaycan dövləti məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq və məşğulluğunu artırmaq üçün müntəzəm olaraq ciddi tədbirlər görür. 2004-cü ildə müvafiq proqram qəbul edilib. 2007-ci ildə bu proqrama əlavələr edilib. Bu proqramın icrası uğurla davam edir. 95 qəsəbə salınıb, təkcə Füzuli rayonunda 16 qəsəbə salınıb.

APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev noyabrın 12-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlər ilə görüşündə deyib.

Prezident İlham Əliyev bu illər ərzində ancaq tikinti işlərinin aparılması üçün 2 milyard manatdan çox vəsait ayrıldığını bildirib: “Bütövlükdə isə məcburi köçkünlərə ayrılmış vəsait 6 milyard manatdan çoxdur. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusilə işğaldan əziyyət çəkən vətəndaşlarına böyük diqqətlə yanaşır, qayğı göstərir. Bu, bir daha Azərbaycan dövlətinin siyasətini əks etdirir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Məcburi köçkünlər uzun illərdir ki, işğaldan əziyyət çəkir. Köçkünlər arasında yoxsulluq hələ 13 il bundan əvvəl 75 faiz səviyyəsində idi. Bu gün köçkünlər arasında yoxsulluq 12 faizə düşübdür, ancaq ölkə üzrə orta göstərici 5 faizdir”.

Dövlət başçısı bu istiqamətdə gələcəkdə də addımların atılacağını qeyd edib: “Gələn il yeni qəsəbələr salınacaq. Bu günə qədər Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına 250 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Bu, bir daha onu göstərir ki, bizim ən böyük təbii sərvətimiz olan neft Azərbaycan xalqının sərəncamındadır, Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Əgər bu imkanlar olmasaydı, belə gözəl qəsəbələr salmaq mümkün olmazdı. Ona görə güclü iqtisadi imkanlarımız bu şəraiti yaradır. Biz öz təbii resurslarımızdan səmərəli şəkildə istifadə edirik. İlk növbədə, sosial layihələrə diqqət yetiririk, köçkünlərin problemlərini həll etməyə çalışırıq”.

“Sonuncu çadır şəhərciyi 2007-ci ildə ləğv edildi. Bu, mənim 2003-cü ildə seçkiqabağı vədlərimdən biri idi ki, 5 il ərzində çadır şəhərcikləri ləğv ediləcək. Biz buna dörd il ərzində nail olduq. Bu gün isə fin tipli sonuncu qəsəbə ləğv olunur. Fin tipli 16 qəsəbə var idi, indi onların biri də qalmayıb. Fin tipli sonuncu qəsəbənin yerində Füzuli köçkünləri üçün yeni müasir qəsəbə salınacaq. Beləliklə, Füzuli rayonunun köçkün problemi demək olar ki, öz həllini tapacaq”, - deyə prezident qeyd edib.


Xəbəri paylaş

8498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___