Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident İlham Əliyev: "Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin"
Tarix: 12-11-2016 | Saat: 23:28
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Prezident İlham Əliyev: "Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin"


Başqa mənbələrdən pul, kredit, silah verilməsə, Ermənistan ayaqda dura bilməz

"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, aprel döyüşlərindən sonra növbəti tapşırıqlar verildi, maliyyə vəsaiti ayrıldı:

"Ordumuza nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Ermənsitan isə başqasının yardımına möhtacdır, başqa mənbələrdən pul, kredit, silah və digər materiallar verilməsə, Ermənistan nə iqtisadi cəhətdən, nə də hərbi cəhətdən ayaqda dura bilməz. Bunu hamı yaxşı bilir, dünya bilir. Onların əlində olan, nəzarətində olan müxtəlif KİV-lərin xətti ilə rəy formalaşdırmağa çalışırdılar, mif, əfsanə yaradırdılar ki, guya bunların yenilməz ordusu Azərbaycana zərbə vurub, torpaqları işğal ediblər. Ancaq həyat göstərir ki, xarici yardım olmadan onlar nəinki işğal edə bilməzlər, heç tutduqları torpaqları saxlaya bilməzlər".

İlham Əliyev bildirib ki, aprel döyüşləri onu göstərdi ki, heç nəyə baxmadan Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirərək torpaqlarımızı işğalçılardan azad edib:

"Yəni biz öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik və imkan daxilində öz həyatımızı qururuq. Və bugünkü Azərbaycan indi dünya miqyasında uğurlu bir inkişaf yolu ilə gedən ölkə kimi tanınır".

Prezident əlavə edib: "Aprel döyüşləri onu göstərdi ki, bu işğala son qoyulmalıdır. Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin".




Xəbəri paylaş

6278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___