Prezident Füzulidə avtovağzal kompleksinin açılışını etdi - FOTO
Tarix: 12-11-2016 | Saat: 13:06
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Prezident İlham Əliyev noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində inşa edilən avtovağzal kompleksində yaradılan şəraitlə tanış olub. "Xəbəraz.az "-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyevin yürütdüyü siyasətin mühüm hədəflərindən biri də Azərbaycanda yol-nəqliyyat sisteminin müasirləşdirilməsidir. Bu sırada yeni yaradılan avtovağzalların xüsusi çəkisi var. Yeni və müasir səviyyədə inşa edilən bu nəqliyyat obyektlərinin sırasına daha biri əlavə olunub. Horadiz şəhərində yeni avtovağzal ən müasir tələblər səviyyəsində tikilib. Dövlətimizin başçısı avtovağzalın rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə məlumat verilib ki, Füzuli Rayon İcra Hakimiyyətinin sifarişi əsasında tikilən avtovağzal kompleksinin ümumi ərazisi yarım hektardır. Müasir memarlıq üslubunda inşa olunan avtovağzal binasının tikinti sahəsi isə 450 kvadratmetrdir.
Binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə var.
Avtovağzalda sərnişinlərin rahatlığını təmin etmək üçün 6 perron, 30 yerlik gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı inşa edilib. Burada ana və uşaq otağı da var. Kompleksin həyətində avtobuslara texniki xidmət göstərilməsi üçün açıq bokslar tikilib. Kompleksdə 25 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.
Azərbaycan Prezidenti avtovağzal binasının eyvanından Horadiz şəhərinin mənzərəsini seyr edib.
Qeyd edək ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən, paytaxtla yanaşı, regionlarda da yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticə verməkdədir. Bu cür avtovağzal kompleksinin yaradılması isə rayonun inkişafında mühüm rol oynayacaq.
Xəbəri paylaş
5688 dəfə oxunub.
Digər xəbərlər

14-07-2017, 12:29
"Sergey Şoyqu mənə zəng etdi, "bu işi dayandır" dedi"
18-04-2015, 02:16
Telekanalların dil qüsurları müəyyən olunub
10-02-2018, 12:12
Məhv edilən terrorçuların sayı 1141-ə çatıb
15-09-2016, 20:47
Zukerberq xeyriyyəçilik üçün 300 milyonundan keçdi
2-06-2015, 13:18
Bakının bu ay bağlı olacaq yolları (ÜNVANLAR)
26-09-2018, 10:48
Qadını zorlamaq istədi, qonşular köməyə gəldi - Bakıda
8-08-2017, 09:28
Evlənib tez də boşananların sayı artıb
1-05-2015, 14:10
Çinlilər günə 3-mərtəbə - 19 günə isə 57 mərtəbə göydələn tikdilər
21-02-2017, 16:37
Mehriban Əliyeva: "Məsuliyyətin ciddiliyini tam dərk edirəm"