Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan çirkli pulların yuyulması ilə mübarizəni gücləndirir
Tarix: 28-05-2015 | Saat: 15:14
Bölmə:M / Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Azərbaycan çirkli pulların yuyulması ilə mübarizəni gücləndirir
Bu barədə sazişlər İlham Əliyev tərəfindən təsdiq edilib.

Azərbaycan Türkiyə, Rusiya və Makedoniya ilə terrorçuluğun maliyyələşdirilməsi və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması sahəsində əməkdaşlığı genişləndirir.

Xeberaz.az Trend-ə istinadən məlumatına görə, bu barədə sazişlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilib.

Sazişlərə əsasən, Azərbaycan Türkiyə və Makedoniya ilə maliyyə xarakterli məlumatların mübadiləsi sahəsində əməkdaşlıq edəcək. Rusiya ilə saziş terrorçuluğun maliyyələşdirilməsi və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması ilə mübarizədə əməkdaşlığı nəzərdə tutur.

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ilə Türkiyənin Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə xarakterli məlumatların mübadiləsində əməkdaşlığa dair Anlaşma Memorandumu 2015-ci il yanvarın 15-də Ankara şəhərində imzalanıb.

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ilə Maliyyə Monitorinqi üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında isə cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında Saziş 2015-ci il aprelin 6-da Strasburq şəhərində imzalanıb.

Üçüncü belə saziş Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ilə Makedoniyanın Maliyyə Kəşfiyyatı Ofisi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu 2015-ci il aprelin 14-də Strasburq şəhərində imzalanıb.

Yuxarıda qeyd olunan Sazişlərin təsdiq edilməsi ilə bağlı imzalanan Fərmana əsasən, Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti imzalanan sazişlərin müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə, Rusiya və Makedoniya hökumətlərinə bildiriş göndərməlidir.


Xəbəri paylaş

6108 dəfə oxunub.

Digər xəbərlər
16-12-2020, 18:35 Paşinyanın atası öldü

bütün xəbərlər
____ Instagram ___