Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
- Əli müəllim, Qərb mediası Azərbaycana qarşı ittiham irəli sürür.
Tarix: 28-05-2015 | Saat: 13:52
Bölmə:M / Karusel / Siyasət / M2 / Fotogalereya / Xəbəraz-ın debatı | çapa göndər


Bir sıra Qərb KİV-ləri Azərbaycan əleyhinə hədyan dolu yeni məqalə ilə çıxış ediblər. Bəs Azərbaycan hakimiyyəti Qərb xüsusi xidmət orqanlarının bu yeni “yaradıcılığı”na necə reaksiya verir?



- Əli müəllim, Qərb mediası  Azərbaycana qarşı ittiham irəli sürür.

Xeberaz.az virtualaz.org-a istinadən məsələyə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun münasibətini təqdim edir:

- Əli müəllim, Qərb mediası OCCRP adlı qurumun araşdırmasına istinadən Azərbaycana qarşı ittiham irəli sürür. Siz bu qurumun araşdırması və irəli sürülən iddialarla tanışsınızmı? Bunun haqqında nə deyə bilərsiniz?

- Bəli, tanışam. Hesab edirəm ki, bu qurumun növbəti “araşdırması” Qərbdəki müəyyən dairələr tərəfindən Azərbaycana qarşı təşkil olunmuş “qara piar” kampaniyasının tərkib hissəsidir. Bir müddət öncə ABŞ və Avropadakı bəzi mərkəzlərin Azərbaycana qarşı həyata keçirməyə hazırlaşdıqları layihələr ifşa olunaraq mətbuata açıqlanmış və Azərbaycan ictimaiyyətində geniş müzakirəyə səbəb olmuşdu. Həmin layihələrdə açıq şəkildə göstərilirdi ki, bəzi xarici dairələr l-ci Avropa Oyunlarını Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək üçün əlverişli fürsət hesab edirlər və bu oyunlar yaxınlaşdıqca ölkəmizə qarşı müxtəlif qarayaxma tədbirlərinin keçirilməsi, KİV-lərdə qərəzli materialların yayılması, ayrı-ayrı qurumların bəyanatlar verməsi intensivləşdiriləcək.

Qərbin müəyyən dairələri ilə sıx bağlılığı olan bu tipli qurumlar müstəqil siyasət yürüdən və kimlərinsə iradəsinə baş əyməyən dövlətlərə qarşı bir təzyiq vasitəsidir. Həmin təşkilatlar ardıcıl şəkildə “jurnalist araşdırması” adı altında bəzi ölkələr, o cümlədən də Azərbaycan haqqında əsassız, yalan və şantaj xarakterli materiallar dərc ediblər. Görünür, anti-Azərbaycan dairələr l-ci Avropa Oyunlarına iki həftəyə yaxın vaxt qalmış anda növbəti “jurnalist araşdırmasını” efirə buraxmaqla öz məkrli istəklərinə nail olacaqlarını düşünürlər.

Bu çirkin kampaniyanın müəllifləri və icraçıları, onların qeyri-sağlam məqsədlərinin mahiyyəti həm Azərbaycan ictimaiyyətinə, həm də xarici aləmə məlumdur.

Biz də onları xəbərdar edirik ki, belə ucuz və primitiv metodlarla başqa ölkələrlə bağlı reallaşdırdıqları ssenariləri Azərbaycanda həyata keçirə bilməyəcəklər. Onlar əmin ola bilərlər ki, Azərbaycanı öz müstəqil siyasətindən döndərməyə müvəffəq olmayacaqlar və öz layiqli cavablarını da alacaqlar.


Xəbəri paylaş

7028 dəfə oxunub.

Digər xəbərlər
11-04-2017, 13:19 Kəbə mövludlu İnsan

bütün xəbərlər
____ Instagram ___