Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev sərəncam imzaladı
Tarix: 03-11-2016 | Saat: 19:02
Bölmə:M / Karusel / Siyasət / Xəbəraz-ın debatı | çapa göndər

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

- "Xəbəraz.az " xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qırx dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Sabunçu-Ramana avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,6 milyon (bir milyon altı yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər”.


Xəbəri paylaş

1 1068 dəfə oxunub.

Digər xəbərlər
5-02-2019, 14:05 Sabah hava necə olacaq?
24-08-2015, 20:27 Araş və ailəsi - FOTO

bütün xəbərlər
____ Instagram ___