Zakir Həsənov: Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.
Tarix: 27-05-2015 | Saat: 14:06
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər
Nazir Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Respublika günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.
Xeberaz.az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, təbrik müraciətində deyilir:
“Azərbaycan Xalq Cümhuriyyətinin yaranması respublikamızın tarixində ən əlamətdar hadisələrdən biri olmaqla, xalqımızın azadlıq, müstəqillik arzusu ilə yaşaması əzmini bir daha nümayiş etdirmişdir.
1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, yalnız xalqımızın təkidli xahişi ilə Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra onun apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamız müstəqilliyini, varlığını itirmək təhlükəsindən xilas olaraq sivil, demokratik inkişaf yoluna qədəm qoymuşdur.
Bu gün möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi inkişafı təmin edilmiş, demokratik hüquqi dövlət və ordu quruculuğu sahəsində böyük uğurlar qazanılmışdır”.
Nazirin sözlərinə görə, Ali Baş Komandanımızın Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ordumuzun döyüşə hazırlıq səviyyəsi, döyüş qabiliyyəti və şəxsi heyətin vətənpərvərlik ruhu dinamik surətdə intensiv olaraq artmaqdadır.
“Bir neçə gündən sonra Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ölkəmizin beynəlxalq aləmdə nə qədər böyük nüfuza malik olduğunun və respublikamızın tərəqqisinin təzahürüdür.
İnanıram ki, Siz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və ictimai-siyasi hazırlıqda yeni uğurlar əldə edəcək və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli dövlət bayrağımızı işğal altında olan əzəli və əbədi torpaqlarımızda dalğalandıracaqsınız”, - Zakir Həsənov qeyd edib.
Müdafiə naziri Silahlı Qüvvələrin şəxsi heyətinə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıb.
Xəbəri paylaş
1 8458 dəfə oxunub.
Digər xəbərlər

30-07-2020, 17:06
Azərbaycanda koronavirusdan ölənlərin sayı 440-ı ötdü
6-10-2019, 12:37
Cəbhədə bu gecə də silah səsləri susmadı
8-02-2016, 13:18
Dünyanın açılmayan 6 sirri - FOTO
14-09-2020, 18:01
Azərbaycanda koronavirusa yoluxma sayı 100-dən aşağı düşdü - Ölənlər var
29-06-2023, 10:22
Sədərək və Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
10-04-2015, 15:25
İlhamə Quliyeva ona “şah” titulu verdi
13-05-2019, 15:04
Tanınmış həkimi və arvadını öldürən bağbana cəza verildi - ÖMÜRLÜK