DAMM İB-nin yeni prezidenti: xalq yazıçısı Çingiz Abdullayev
Tarix: 02-11-2016 | Saat: 18:50
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Noyabrın 1-də Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin 28-29 oktyabr tarixlərində baş tutan 20 illik Yubiley tədbirləri və konfransından sonra yeni seçimdə İdarə Heyətinin ilk toplantısı keçirilib.
"Xəbəraz.az " xəbər verir ki, genişləndirilmiş iclasda DAMM İB-nin İH üzvləri, təşkilatın rəhbər strukturlarının rəhbərləri, tanınmış ədəbiyyat, elm və incəsənət adamları, ictimai xadimlər, mədəniyyət işçiləri iştirak edirdi.
Toplantıda uğurla keçən konfransdan hazırlanmış qısa video-filmə baxış oldu. Daha sonra iclasda çıxış edən DAMM İB İH-nin üzvü Rasim Məmmədov təşkilatın son aylardakı fəaliyyət, eyni zamanda görülən uğurlu işlər barədə geniş məlumat verdi. R.Məmmədov onu da xatırlatdı ki, İdarə Heyətinin fövqəlada iclasını keçirməkdə əsas məqsəd ümumi Konfransın qərarını yerinə yetirmək, DAMM İB-yə yeni prezident və I vitse-prezident seçməkdir.
Yekun qərara əsasən, İH üzvlərinin yekdil qərarı ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, dünyaşöhrətli dedektiv əsərlər müəllifi, xalq yazıçısı Çingiz Abdullayev DAMM İB-nin yeni prezidenti, İNK İH-nin sədri Rasim Məmmədov isə l vitse-prezidenti, ictimai xadimlər, Milli Məclisin üzvü Rəşad Mahmudov, ictimai lider Hacı Quliyev, Rəhilə Həsrətova isə vitse-prezidentlər seçildilər.
DAMM İB-nin yeni prezidenti, AYB katibi, xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Azərbaycanın mədəniyyət tarixindən, diaspor hərəkatından, həmçinin dünyada tanınmağımızda bu yöndəki fəaliyyətlərdən söz açdı. Tanınmış yazıçı onu da bildirdi ki, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi öz fəaliyyətini gücləndirərək xarici ölkələrlə mövcud mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.
Daha sonra toplantıda tanınmış incəsənət ustaları - əməkdar artistlər Aygün Zeynalova və Elza Seyidcahan maraqlı musiqi proqramıyla çıxış etdilər.
Xatırladaq ki, hər zaman şəffaflığı əsas tutan, İctimai Nəzarət Koalisiyasının təsisçilərindən olan DAMM İB İdarə Heyətinin toplantısı Feysbuk səhifələrində canlı yayımlanırdı.
Xəbəri paylaş
6648 dəfə oxunub.
Digər xəbərlər

26-12-2015, 00:08
Merkeldən ağlatdığı fələstinliyə bayram hədiyyəsi – Video
17-12-2015, 17:54
Bakıda mənzidlə meyit aşkarlanıb
26-07-2017, 11:07
“Onlar istədiklərini ala bildilər” - Qurban Qurbanov
22-09-2016, 20:58
Ağsuda ŞOK HADİSƏ: Gəlin toyundan əvvəl sevgilisi ilə qaçdı
29-04-2016, 22:52
"Vatikan Bakını digər ölkələrə nümunə göstərəcək"
8-09-2017, 23:08
Qalmaqallı “26” kafesi kimindir? - Təfərrüat+ Fotolar
7-06-2016, 22:49
Atçılıq klubundan reportaj - Foto
17-01-2016, 01:59
Zahid Oruc bu dəfə icra başçılarını biabır etdi: Küçələrin yenidən təmirini sahibkarlara "yükləyirlər"
30-12-2016, 18:11
"O evə görə Eldar Mahmudova 100 min vermişəm" - İTTİHAM AKTINDAN
21-12-2022, 10:02
Təsbeh çevirmək... sağlamlığı möhkəmləndirir. Təəccüblü faktlar